ixatv.az

OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqlayıb

14-10-2020, 13:59

OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqlayıbBu ilin sentyabr ayında Azərbaycan gündəlik 0,71 milyon barel neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel çoxdur.

ixatv.az” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı aylıq bülletendə bildirilir.

Sənədə əsasən, 2020-ci ilin III rübündə isə gündəlik ixrac illik müqayisədə 0,03 milyon barel azalaraq 0,7 milyon barelə düşüb.

Bundan başqa, ötən ay Azərbaycanın gündəlik xam neft istehsalı 585 min barel olub. Bu rəqəm avqustda 581 min barel, iyulda isə 563 min barel təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 30}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı