ixatv.az

Bu il Azərbaycan 8,8 milyon dollarlıq karbamid ixrac edib

20-10-2020, 12:56

Bu il Azərbaycan 8,8 milyon dollarlıq karbamid ixrac edibBu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,136 min ton azot gübrəsi ixrac edib.

ixatv.az”in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,8 mln ABŞ dolları təşkil edib.

Doqquz ay ərzində azot gübrəsinin qeyri-neft sektoru üzrə ixracda payı 0,69% olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir.

İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 28}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı