ixatv.az

Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edib

20-10-2020, 13:57

Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edibBu ilin yanvar-sentyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 65,7 min ton polipropilen ixrac edib.

ixatv.az”in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 53,05 milyon ABŞ dolları təşkil edib.

Doqquz ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,14% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 34}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı