ixatv.az

“AzerGold” istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23-11-2020, 10:31

“AzerGold” istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkBakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan ixatv.az-a verilən məlumata əsasən, 30 noyabr tarixində “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının ikinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların sayı 100 min ədəd, hər birinin nominal dəyəri - 100 ABŞ dolları, illik faiz dərəcəsi 4 faiz, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti isə 90 təqvim günündən bir olaraq müəyyən edilib.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı