ixatv.az

Bakıda sürücü idarəetməni itirdi, ağır xəsarət aldı

20-08-2020, 12:19

Bakıda sürücü idarəetməni itirdi, ağır xəsarət aldıBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"ixatv.az" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Süleymanov Vaqif Mikayıl oğlu hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəye çırpılıb və sürücü ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 65}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı