ixatv.az

Qadın həndbolçuların oyununda kütləvi dava düşdü

22-11-2020, 14:26

Qadın həndbolçuların oyununda kütləvi dava düşdüQadın həndbolçular arasında Ukrayna Super Liqasının "Dnepryanka" - "Real" oyunu kütləvi dava üzündən bir neçə dəqiqəlik dayandırılıb.

"ixatv.az"ın məlumatına görə, hesab 27:24 "Dnepryanka"nın xeyrinə olduğu vaxt komandalardan birinin qapısı qarşısında sərt toqquşma olub. Bundan sonra həndbolçular arasında yumruq davası başlayıb. Münaqişəyə matçın digər iştirakçıları - məşqçilər və onların köməkçiləri də qoşulub.

Görüş "Dnepryanka"nın qələbəsi ilə yekunlaşıb - 30:28.

Qeyd edək ki, 2020/2021 mövsümündə "Dnepryanka" 8 görüşdən 4 qələbə, 4 məğlubiyyətlə turnir cədvəlində 2-ci pillədə yer alıb. "Real" isə 6 oyundan 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və bir pillə aşağıda qərarlaşıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 54}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı