ixatv.az

Neftçalada avtomobil beton maneəyə çırpıldı, sürücü yaralandı

24-11-2020, 11:57

Neftçalada avtomobil beton maneəyə çırpıldı, sürücü yaralandıNeftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

ixatv.az”in Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib.

Həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Cəfərov Sənan Zakir oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton maneəyə çırpıb.

Nəticədə müxtəlif xəsarətlər alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 40}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı