Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ixatv.az-in məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Keşlə qəsəbəsində minik avtomobili yolu keçən 1999-cu il təvəllüdlü Sultanlı Nurlan Nemət oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 132}