ixatv.az

Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı

24-11-2020, 10:00

Porye - Makqreqor döyüşünün vaxtı açıqlandıMütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.

"ixatv.az" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, döyüş yanvarın 23-də "UFC 257" turniri çərçivəsində baş tutacaq.

Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 43}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı