ixatv.az

“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov

23-10-2020, 10:59

“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani AxundovTəhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Süleyman Sani Axundovdur.

Süleyman Sani Axundov keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri, görkəmli yazıçı, nasir və maarif xadimi olub.

O, 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub.

Süleyman Sani Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 21}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı