ixatv.az

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi - STATİSTİKA

1-08-2020, 11:31

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi - STATİSTİKADünyada 17 758 802 nəfərdə koronavirus aşkar edilib.

Bu barədə ixatv.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 682 999 xəstə ölüb, 11 161 510 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 705 889 nəfər), Braziliya (2 666 298 nəfər) və Hindistandır (1 697 054 nəfər).

Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (156 747 nəfər), Braziliya (92 568 nəfər) və Meksikadır (46 688 nəfər).

Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (839 981 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (16 766 nəfər).

Koronavirusun ilk yayıldığı dövlət olan Çin 84 337 yoluxma ilə siyahıda 29-cu yerdədir.

Azərbaycanda bu vaxta qədər 31 878 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 25 882-si sağalıb, 448-i həyatını itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 13}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı