ixatv.az

Çexiyada rekord sayda insanda koronavirus aşkarlandı

16-09-2020, 13:57

Çexiyada rekord sayda insanda koronavirus aşkarlandıÇexiyada daha 1 677 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə gündəlik qeydə alınan rekord yoluxma sayıdır.

ixatv.az” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Səhiyyə Nazirliyi yayıb.

Öncəki günlə müqayisədə yoluxanların sayı 639 nəfər artıb.

Ötən gün virusdan ölənlərin sayı 11 nəfər olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 476-ya yüksəlib. İndiyədək 22 613 nəfər koronavirusdan sağalıb.

Beləliklə, 10,5 mln. əhaliyə malik Mərkəzi Avropa ölkəsində hazırda 15 807 aktiv koronavirus xəstəsi var. Bu pandemiya dövründə qeydə alınan rekord xəstə sayıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı