ixatv.az

Koronavirusa yoluxan Xarkov meri nitq qabiliyyətini itirdi

10-10-2020, 14:00

Koronavirusa yoluxan Xarkov meri nitq qabiliyyətini itirdiXarkov meri Gennadi Kernes koronavirusa yoluxduqdan sonra nitq qabiliyyətini itirib.

ZIK telekanalının məlumatına görə, bu barədə onun vəkili Anatoli Rodzinski xəbər verib.

O bildirib ki, buna şəhər rəhbərinin insult keçirməsi səbəb olub.

“İnsulta görə - insult isə beyinə qan sızmasıdır, o beyin zədələnməsi səbəbindən danışa bilmir, yəni nitq qabiliyyətini itirib”, - deyə Kernesin nümayəndəsi bildirib.

Vəkil vurğulayıb ki, hazırda beyin zədəsi olan insanın nə dərəcədə aydın düşünə biləcəyi ilə bağlı şübhələr yaranıb.

Bununla belə, ukraynalı merin həyati təhlükəsinin olmadığı qeyd edilib.

Qeyd edək ki, sentyabrın 17-də ukraynalı mer COVID-19-a yoluxma nəticəsində ikitərəfli sətəlcəm diaqnozu ilə Almaniyaya “Charite” klinikasına yerləşdirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı