ixatv.az

Energetika Nazirliyi LƏĞV OLUNUR, Pərviz Şahbazov XİN-ə başçı gətirilir - İDDİA

16-07-2020, 11:24

Energetika Nazirliyi LƏĞV OLUNUR, Pərviz Şahbazov XİN-ə başçı gətirilir - İDDİAElmar Məmmədyarov istefa verib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.

Əldə etdiyimiz məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir. Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.

Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir.

Ovqat.com-un məlumatına görə, yeni nazir kimi iki namizədin adı çəkilir: Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov. Pərviz müəllimin daha şanslı olduğu xəbər verilir.

ixatv.az-a daxil olan məlumatda isə deyilir ki, Energetika Nazirliyinin ümumiyyətlə ləğv olunaraq "Azenerji"yə birləşdirilməsi və nazir Pərviz Şahbazovun da XİN-ə başçı gətiriləcəyi gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 97}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı