ixatv.az

Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib... - ŞOK GƏLİŞMƏ

10-09-2020, 12:00

Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib... - ŞOK GƏLİŞMƏ Redaksiyamıza ilginc bir məlumat daxil olub. Belə ki, hökumətdəki mötəbər mənbədən ixatv.az-a verilən xəbərə görə, yaxın günlərdə hazırda Maliyyə Naziri postunu tutan Samir Şərifov vəzifəsindən alınacaq və buna səbəb olduqca ilginc bir məqamdır.

Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib...

Mənbənin ixatv.az-a söylədikləri: "Samir Şərifov skandal bir olayla gedir. Onun böyük yeyintisi ifşa olunub. Bu barədə hakimiyyət dəhlizlərində dedi-qodular gəzir. Samir Şərifov da həbs olunacağından ehtiyat edir. Söhbət milyonlarla manat büdcə vəsaitinin şübhəli şəkildə yoxa çıxmasından gedir".

Mənbə konkret olaraq nələrin baş verdiyini açıqlamasa da, ixatv.az-ın digər qaynaqlardan əldə etdiyi bilgilərdən belə məlum olur ki, Samir Şərifov zamanında Ramiz Mehdiyevin göstərişi ilə böyük miqdarda büdcə vasitinin mənimsənilməsinə şərait yaradıb. İndi bu iş üzrə araşdırma gedir.

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 13}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı