ixatv.az

Küveytin yeni vəliəhdi and içdi

8-10-2020, 18:00

Küveytin yeni vəliəhdi and içdi
Küveytin yeni vəliəhdi, 80 yaşlı şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah oktyabırn 8-də parlamentdə and içib.

ixatv.az” xəbər verir ki, “Al-Jazeera” telekanalı məlumat yayıb.

“Demokratiya kursunu götürən Küveyt konstitusiyalı novator dövlət yolunu davam etdirəcək. Allah, Küveyt əmiri və xalqı qarşısında and içirəm ki, dövlət başçısının möhkəm dayağı olacağam. Küveyt ərəbdaxili, regional və beynəlxalq öhdəliklərinə sadiq qalacaq” , şeyx Məşəl andiçmə zamanı bildirib.

Küveytin əmiri Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni vəliəhdin ölkənin rifahı üçün xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Küveyt parlamenti Şeyx Navvafın 80 yaşlı kiçik qardaşı şeyx Məşəli varis, Milli qvradiyanın komandanının müavini, əmir sarayının işlər üzrə naziri vəzifəsinə namizədliyinə birsəslə dəstəkləyib.

Xatırladaq ki, Küveytin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah sentyabrın 29-da 91 yaşında vəfat edib. Onun yerinə 83 yaşlı ögey qardaşı Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah keçib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 18}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı