ixatv.az

Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA

23-10-2020, 12:57

Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMAHərbi əməliyyatlar zamanı xəsarət alan və ya şəhid olan hərbi qulluqçuların sığorta ödənişlərinin verilməsi təmin olunur.

Bu barədə ixatv.az-a Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin şöbə rəisi Araz Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkətə bununla bağlı müraciətlər daxil olur və müraciətlərə ən qısa müddətdə cavab verilir, maksimum 3 gün ərzində ödənişlərin verilməsi təmin olunur:

"Qanunvericiliklə tələb olunan sənədlər təqdim edildikdən sonra bankda hesab açılır və həmin hesaba tərəfimizdən müvafiq məbləğ köçürülür".

Qeyd edək ki, müraciət edən vətəndaşa bank vasitəsilə ödəniş edilir.

Hərbi qulluqçular 11 000 (on bir min) manat məbləğində müəyyən edilmiş həddə sığorta ilə təmin olunurlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 21}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı