ixatv.az

Qarabağdakı Rusiya sülhməramlılarına minaaxtaranlar da qoşulacaq - VİDEO

23-11-2020, 10:00

Qarabağdakı Rusiya sülhməramlılarına minaaxtaranlar da qoşulacaq - VİDEO
Rusiya Beynəlxalq Mina Əməliyyat Mərkəzi bölmələrinin mütəxəssisləri Qarabağa gələcəklər.

Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər yayır.

“Çkalovski hava limanından Rusiyanın “An-124” , “İl-76” və “Tu-154” Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiya təyyarələri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, eləcə də, xidməti itləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa çatdırıb”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, xüsusi heyət İrəvan - Gorus - Xankəndi marşrutu ilə irəliləməyə hazırdır.

Mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 87}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı