ixatv.az

"Heç xoşbəxt olmadım"

20-07-2020, 12:00

"Heç xoşbəxt olmadım"Müğənni Sərdar Ortaç "YouTube"da Gökhan Çınarın aparıcısı olduğu "Katarsis" proqramına qatılıb.

ixatv.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir xəstə olan Ortaç "Məni çox yorur, amma qəbullandım" deyib.

İfaçı yaşadıqlarının ona sərt bir insan etdiyini söyləyib:

"Mənəviyyatım yoxdur, getdi. İnsanların güldüyünə gülə bilmirəm. Hamının ağladığı nəyəsə ağlaya da bilmirəm. Atam öləndə bir də sahildə gəmi yananda ağladım, vəssalam. Çox üzüləndə içimdə gizlədirəm. Çox utananda da üzülürəm. Özümü məhkəməyə verib, sorğu-sual edirəm. Əvvəl suallara böyük reaksiya verirdim. İndi yox".

Sərdar ən böyük peşmanlığının qumar olduğunu da gizlətməyib. Sevgidən söz açan müğənni "Artıq bir daha aşiq olmayacam. Hisslərim sıfır... Bədbəxtliyimi kiməsə bulaşdırıb, onun ahını ala bilmərəm. Heç vaxt xoşbəxt olmadım. Ən xoşbəxt günümdə belə içimdə bir qəmginlik var idi" deyə, o, əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 27}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı