ixatv.az

"Nə şanslıyam ki, səni sevmişəm" - Kənandan Beren paylaşımı

30-07-2020, 14:52

"Nə şanslıyam ki, səni sevmişəm" - Kənandan Beren paylaşımı
Tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn müğənni Kənan Doğulu və aktrisa Beren Saatın evliliyindən 6 il keçir.

ixatv.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük bunla bağlı sosial şəbəkədə paylaşım edib. Saat birlikdə şəkillərini yayımlayaraq, həyat yoldaşını təbrik edib.

Kənan və Beren uzun müddətdir aralarında olan mübahisələri bitirdiklərini vurğulayıblar.

Az keçmədən Kənan da berenlə fotosunu yayımlayaraq, yaşadıqları illəri belə xatırlayıb:

"İllər tez axıb keçdi, bir yaşımız daha tamam oldu. Dözərək böyüyən sevgim və hörmətim xoşbəxtliyimə rəhbər, işıq oldu. Hər keçən gün daha yaxşı tanımaq və sarılmaq, hər ağırlığı birlikdə aşmaq, yalnızlıqdan uzaq, bir o qədər güvənmək nə gözəl bir duyğudur. Nə şanslıyam ki, səni görmüşəm, bilmişəm və sevmişəm. Dünyama qatdığın gözəlliklər, sevildiyimi hiss etmək, hər an üçün verdiyin ilhamverici kəlimələr, notlara tökdüyüm mahnılarım sənin üçündür. Okean qəlbli sevgilim, ildönümümüz mübarək".

"Nə şanslıyam ki, səni sevmişəm" - Kənandan Beren paylaşımı
"Nə şanslıyam ki, səni sevmişəm" - Kənandan Beren paylaşımı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 14}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı