ixatv.az

Meksikada koronavirusa yoluxanların sayı 7 500 nəfərə çatdı

19-04-2020, 13:26

Meksikada koronavirusa yoluxanların sayı 7 500 nəfərə çatdıMeksikanın Səhiyyə Nazirliyi ölkədə son bir gün ərzində yeni koronavirusdan 104 nəfərin öldüyünü bildirib.

Bu barədə “ixatv.az” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da Meksikada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 7 500-ə çatır.

Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatelin sözlərinə görə, ölkədə koronavirusun ilk dəfə aşkarlandığı 28 fevraldan bu günə kimi 7 497 yoluxma aşkarlanıb.

Yenilənmiş məlumatlara əsasən, Meksikada son bir gündə daha 622 yoluxma halı qeydə alınıb.

Ölkədə daha 104 pasiyent virusdan ölüb. Bununla da pandemiya ərzində virusdan ölənlərin sayı 650 nəfərə çatıb. Hazırda xəstəxanalarda 1 954 nəfər müalicə edilir. Onlardan 357-i ağır vəziyyətdə olduğundan süni nəfəs aparatına qoşulub.

Aprel ortalarında Meksika hakimiyyəti bildirib ki, mayın sonuna kimi karantin rejimini uzatmaq niyyətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı