ixatv.az

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış

7-02-2021, 12:17

Namiq Atabəyli.
(Yazıçı: tarixi romanlar müəllifi, tənqidçi)
E-MAIL: farajovnamiq@ gmail.com

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış
II HİSSƏ

2. Tarixi keçmişə yeni baxış: Albanşünaslıq, yoxsa Şirvanşünaslıq?!
Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış Tarixin fəlsəfəsi ilə məşğul olmuş böyük münəvvərlər Tarixə müxtəlif izahlar vermişlər. İohann Herdər tarixi “insan cinsinin tərbiyələnməsi”, İmmanuel Kant “azadlıq anlayışının inkişafı”, Gevorq Hegel isə “Dünya ruhunun özünü açımı” hesab etmilər.
Qlobalizmin banisi Osvald Şpenqler “Avropanın qürubu” əsərində haqlı qeyd edir ki, heç də bütün xalqlar “tarixi şüur”a malik olmamışlar. Məsələn, qədim Hind “tarixçiliyi”nin əsası nirvanadır: bu da zamansızlıq deməkdir. Şpenqlerə görə, qədim yunanlara da uzun müddət Tarix lazım olmamışdır. Bu xalq da uzun müddət əsatirlərə söykənib yaşamışdır. İlkin yunanların tarix anlayışı Homerin poetik əsatirləri idi.
Bu gün Qədim Şirvanşahların tarixinə müraciət edən alimlərin əksəriyyəti qədim yunan tarixçilərinə istinad edərkən məhz bu məqamı unudublar.
Yalnız ellin dövrü yunan ziyalı elitası ilk dəfə “tarix” haqqında da düşünməyə başladı. Lakin tarixə baxış prinsipləri keçmişi mifləşdirmədən ibarət olan bu “Tarix”çilər də Yunan-İran müharibələrini həqiqətdən daha çox mifik düşüncələrin məhsulu kimi qələmə aldılar. Bu mifləşdirilmiş əhvalatlar ciddi tarixi faktları da tamamilə saxtalaşdırılmış məzmuna salaraq, gələcək elmi tarixşünaslığın yolunda ciddi maneələrə çevrildi. Heç şübhəsiz ki, qədim Şirvan tarixi də ilk növbədə məhz qədim İranla bağlı uydurulmuş belə yunan əsatirlərinin içərisində əriyib itmiş oldu.
Alman klassik filosofu Gevorq Heygel “ümumdünya-tarixi xalqları”nı sıralayarkən, ilk olaraq “FARS” adını çəkirdi. Deməli, onun bu qənaətə düşməsinin səbəbi, heç şübhəsiz ki, əsatirlərlə düşünən qədim yunan tarixçiləri olmuşlar. Hegelin Farsdan sonrakı “tarixi xalqlar” sırası belədir: misirlilər, finikiyalılar, yəhudilər. O, “BÖYÜK XALQLAR” deyə çin və hind xalqlarına xüsusi yer ayırıb, sıranı yunan və romalılarla davam etdirmişdir. Nəhayət, slavyan və german xalqları ilə bu sıranı bitirmişdir. Əlbəttə, Tarix folk-istorizmlər əsasında dərk edilə bilməz. Məhz bu cəhətdən, Azərbaycan tarixşünaslığında mifoloji prinsiplər əsasında albanşünaslıqla əvəz edilmiş şirvanşünaslığın dərin elmi təhlilinə bu gün böyük ehtiyac vardır.
Şirvanşahlar tarixinə, MİFOLOJİ prinsiplərlə yanaşanlar, əksəriyyətlə qədim Yunanıstan və Roma, habelə xristianlıqla birgə ortaya çıxarılmış Erməni “tarixçilərinin” (?!) qondarma “sənədlərinə” istinad edərək, Şirvanşünaslığı “albanşünaslığa” çevirmişlər.” Təəccüblü deyil ki, müasir albanşünaslığın təməli, əsasən, Erməni və ya “alban” kilsə ədəbiyyatının üzərində qurulmuşdur.
Faktoloji təhlil aydın şəkildə göstərir ki, İlkin Şirvanşahlar hakimiyyəti dövründə İsa Məshin həvarilərinin Roma zülmündən xilas olmaq üçün qaçıb gəldikləri əsas istiqamətlərdən biri qədim yunanların azadlıq diyarı, yəni “albi” ölkə adlandırdıqları Şirvanşahlar dövləti olmuşdur. Şirvan xalqına yunan sözü olaraq “albi”, yəni “ağ insan” və ya “azad insan” deyilməsinin əsl səbəbi də məhz bu idi. Şirvan Roma (habelə qədim Yunanıstan) ilə İran padşahlarının qarşılıqlı olaraq sərhəd kimi tanıdıqları bufer zonada yerləşmiş yeganə Azadlıq adası idi.
Tarixşünaslıq sahəsində terminoloji aparat düzgün qurulmadan heç bir həqiqəti ortaya çıxarmaq mümkün deyil. Odur ki, “Albaniya” termininin izahını vermək istəyirəm: Ön Asiya doğumlu I əsr antik tarixçi Plutarx (46-120) məşhur “Seçilmiş bioqrafiyalar”əsərində iki qədim şəhərin: Afina və Romanın əsasının qoyulması tarixini “gəlmələr” ilə- birincini Tesey, ikincini isə “Alban çarları” nın adları ilə bağlamışdır. Alban çarları varislərinin- Numitor və Amuleyin (başqa sözlə, Romul və Remin) şəxsində latınca “germani” (iki qardaş) mənasını verən çağdaş Qərbi Avropa (German) mədəniyyətinin köklərinin Qafqaz dağlarına və Arqonavtların gəlib çıxdığı məkanacan uzandığını görürük.
Deməli, müəyyən mənada, sonralar 1268-1578-ci illərdə Xristan Atabəylər Hökuməti (Sa-Atabaqo, Atabəy yurdu, yaxud Çıldır Atabəyləri) kimi tanınmış qıpçaq-kuman və Albaniya kimi tanıdılmış Müsəlman Şirvanşahların tarixi əraziləri də bu əsatirin ehtiva etdiyi coğrafiyada yerləşir. Əlbəttə, əsatir ilk növbədə əsatirdir...
İndi də digər bir elmi mənbəyə- “Azərbaycan tarixi” dərsliyinə diqqət yetirək: “Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda yaranmış müstəqil dövlətlərdən biri Şirvanşahlar dövləti idi” (BDU. Azərbaycan tarixi. Dərslik. Bakı-2009, Çıraq nəşriyyatı, səh.: 206.). 861-ci ildə Şirvan dövlətinin istiqlaliyyətini elan edən Məzyədilər tərəfindən Şirvanşah titulu ona görə götürülmüşdü ki, İslama qədər bu titulun daşıyıcıları olmuşdur. Yuxarıda göstərdiyim “tarix dərsliyindən” bəzi məqamlara diqqət yetirməyinizi istəyirəm: “Miladdan öncə V əsrin ortalarında alban tayfalarının (söhbət 26 dildə danışan tayfalardan gedir-N.A.) vahid ad altında birləşməsi başa çatmamışdı... Herodot kaspilər adı altında alban tayfalarını nəzərdə tutmuşdu. (səh.: 91). Miladdan öncə IV əsrin axırıncı rübündə və III əsrin əvvəllərində müstəqil Alban dövləti yarandı. (səh.: 92). Səlcuq türklərinin hakimiyyəti dövründə Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. (səh.: 219. Kursiv mənimdir.- N.A.). Əgər tarixi “Şirvanşahlar dövləti” aradan qalxmayıb,“yenidən dirçəlirdisə”, nədən bəs yenidən dirçələn bu dövlətin keçmişi Azərbaycan tarixində yoxdur?.. Hanı Şirvanda 861-ci ildə İstiqlal elan edərkən, ərəb əmirlərinin qədim “Şirvanşah” tiulunu öz üzərinə götürdükləri ilkin Şirvanşahların Tarixdəki yeri?.. Şirvanşahlıq və Dərbənd bir medalın iki üzüdür... Bu da inkaredilməzdir!
Həm Parfiya, həm də Sasani imperiyaları dövründə Dərbəndin qala və istehkamlarını qoruyanlar üçün “Şirvanşah” titulu mövcud olmuşdur. AMEA-nın 7 cildlik “Azərbaycan tarixi” yazır: “İran Mihranilər nəslinin hökmdarı Mihr, Sasani hökmdarı Xosrov II Pərvizin (591- 628-ci illər) qəzəbindən xilas olmaq məqsədilə 30 min qohum-əqrabası ilə Xosrovun düşmənləri olan xəzərlərə sığınmaq üçün İrandan baş götürüb qaçmışdı.” (Göst. əsər. Səh.: 163). Ardınca yazır: “Mihranilərin simasında Albaniyada yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu.”(səh.: 164). Sonra xristian Mihranilərin şəcərə cədvəli verilir: Mihr, Armeal, Vard (I), Vardan,.. Varazman... (səh.: 163). Bütün İran ərazisində II-VI əsrlərdə xristianlığın geniş və azad şəkildə yayıldığını bilirik. Təkcə bir tarixi mənbə olaraq, İslamın Tanrı elçisi Məhəmmədin (s.a.s.) xristianlarla bağlı qəbul etdiyi 6 sənəddən biri kimi “Fars xristianları ilə Müqaviləsi”əsərinə diqqət yetirmək kifayətdir ki, məsihiliyin ümumiran mənzərəsini göz önünə gətirək. Şirvanı “İranadan baş götürüb qaçmış” Mihrin qohum-əqrəbasına aid etmək üçün qədim bir ölkəni- Şirvanşahları yox edib, kimlərəsə burada keşişlərin uydurduğu “xronikalara” cavab verən xristian “alban dövləti” düzəltmək lazım gəlmişdir. Məhz bunun üçün uydurma “elmi planda” ilkin Şirvanşahlığın üzərindən asanlıqla xətt çəkilmişdir.
XIX əsr Azərbaycan tarixşünaslığının ən böyük nümayəndəsi Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm” (əslində gerçək adı: “Şirvanın və Dağıstanın tarixi”-Müəllif.) əsəri ilə bağlı hələ 1925-ci ildə Parisdə olan Ceyhun bəy Hacıbəyli Asiya Cəmiyyətinin iclasında məlumat vermişdi ki, bu əsərin 320 səhifəlik rus dilində tərcüməsini əldə etmişdir: «Этот русский перевод имеет заглавие «История Ширвана и Дагестана» (Bax, “Гюлистан-и Ирам” Баку, 1991. Akad. Ziya Bünyadovun Ön Sözü, səh.: 6-7.) Həmin əsərdə A.Bakıxanov çox maraqlı mülahizələr irəli sürərək yazırdı: “В 115 (734) г. Хишам назначил для управления Арменией, Азербайджаном и Ширваном своего брата...”(Bax, Göst. əsər, səh.: 56-57). Və ya: “После смерти Хулагу-хана в 663 (1265) г. наследовал его сын Абака-хан, который передал управление Азербайджаном, Арменией и Ширваном своему брату Йошмуту” (Bax, Göst. əsər, səh.: 74-75).
Göründüyü kimi, A.Bakıxanov QƏDİM VƏ ORTA ƏSRLƏR dövründə Şirvan ilə Azərbaycanı fərqli adlarla təqdim etmişdir. “Azərbaycan” adı 1918-ci ildən bəri Milli cümhuriyyətçiliyimizin ünvanı olsa da, bununla belə heç bir kəsin şirvanlılara öz şanlı keçmişini unutdurmağa da haqqı yoxdur. Bu gün “Şirvanşahlar” adını tatixdən silməyə çalışanlar ilk növbədə yalnız düşmən dəyirmanına su tökürlər... Tarixçi-ədib yazır: “Албания получила свое название от римлян слово Альбус, Алби (белый)... в смысле «свободный»”(Səh.: 17-18). «Белый» (ağ) sözünü Belorusiya adı ilə müqayisə edərək, Bakıxanov onun “azad” mənasını daşıdığını da irəli sürür. Sa-Atabaqo Xristian QIPÇAQ ATABƏYLƏR DÖVLƏTİnin (1268-1578. Paytaxti- Artvin) uzun illik müqaviməti sayəsində Monqol işğalından kənarda qalmış bir ölkə kimi Belarusiyanın azad Rusiya adını daşıdığı şübhə doğurmur. Şirvan şahlığının azadlıq ölkəsi kimi Albuslaşdırılması (Albaniyalaşdırılması) Qədim Roma üçün başa düşüləndir. Bu faktın özü də Şirvanın AZADLIQ DİYARI olmasının tarixi təsdiqidir. Amma bəzi çağdaş Azərbaycan tarixçilərinin ilkin Şirvanşahları tarixdən silmək cəhdləri açıq-aşkar xalqa xəyanətdən başqa bir şey deyil. A.Bakıxanov “aqvan” sözünün yanında bir qayda olaraq, mötərizə içərisində “Şirvan”sözünü də işlədir. (Bax, səh.: 42-43). Çünki alimə görə: “М.Чамчыян в «Армянской истории» Ширван называет Агваном” (Bax, Göst. əsər, səh.: 11-12).
Tarixi xronika göstərir ki, Avrasiya məkanına Şirvanşünaslığı əvəzləmiş Albanistikanı saxta erməni tarixçilərindən sonra, ilk dəfə rus alimi Vladimir Fyodoroviç Minorski gətirmişdir. V.Minorski akademik B.Dornın almanca təkrarən Sankt Peterburqda nəşr edilmiş “Versuch einer Geschichte der Schirvanschahe”. (Mem. de l’Akad. de St. Petersburg) adlı əsərindən misal gətirərək, Şirvanşah III Mənuçöhrün öz sarayında yaratdığı yüksək mədəni intibahı xüsusi qeyd edirdi: “Он (-Şirvanşah Mənuçöhr-N.A.), по-видимому, превозшел всех своих предшественников и потомков в любви к наукам, в особенности к самой прекрасных из них- поэзии ”. (Минорский В.Ф., «История Ширвана и Дербенда X-XI веков». Москва-1963, Изд.-во восточной литературы., səh.- 10-11). Onu da qeyd edim ki, Minorski bu əsəri ingilis dilində yazıb, nəşr etdirmiş, əsərin rusca ilk nəşri isə 1953-cü ildə “Kembric Universiteti” seriyasından erməni S.Q.Mikaelyanın tərcüməsində “Qafqaz tarixi üzrə etüdlər” adı altında işıq üzü görmüşdür. “X-XI əsrlər Şirvan və Dərbənd tarixi” sərlövhəsinin “Qafqaz tarixi...” kimi dəyişdirilməsi özlüyündə Şirvana qarşı qərəzli “akademik” niyyətdən xəbər verir: bunun adı elmi şirvanşünaslığın psevdo-albanşünaslıqla əvəzlənməsindən savayı bir şey deyildi. Acı həqiqət budur ki, bu fəaliyyət hələ də davam etdirilir... V.F.Minorskinin əsərində ayrıca “Albaniya” fəsli yoxdur. Amma kitabda “alban xristianlığının” erməni faktoru (?!) olması dəfələrlə vurqulanmışdır. O yazır: “Мы уже видели обращение албанцев в христианство и введение албанского алфавита было делом армян. Армянские поселенцы и культурные элементи способствовали дальнейшему поглощению албанской народности” (Gəst. əsər., səh.35-36). Digər bir stata baxaq: “Мелкие армянские правители Сюника и Арцаха (на юге от Барда’а) играли значительную роль в делах Албании” (Göst. əsər, səh.-36). Minorski “Armeniya”nın 387-ci ildə “Arazdan Kürə, hətta Kürdən şimala doğru” ərazilərini itirdiyini yazır. (Səh.-35-36). Deməli, B.F.Minorski “Şirvan tarixi”dən yazdığı halda, “Ermənistanın itirdiyi Albaniyadan” danışır. Bu isə o deməkdir ki, V.F.Minorski tarixi Şirvanşahlar ərazisini Ermənistan coğrafiyasına salaraq, sonrakı “ milli addımların atılmasına” da ilkn yol açmışdır.
Alabanşünaslığın söykəndiyi ən önəmli “tarixi əsərlər” içərisində Moisey Kalankatuklunun adına çıxarılmış “Albaniya tarixi” və Mxitar Qoşun adına deyilən kiçik kitabçadır ki, onlarda da kilsənin “Albaniya” adlandırdığı ölkənin Şirvanşahlar olduğu heç kəsdə şübhə doğurmur. Moisey Kalankatuklunun “Albaniya tarixi” akad. Ziya Bünyadovun tərcüməsində (şübhəsiz ki, ruscadan- N.A.) Mahmud İsmayılovun redaktorluğu ilə 2006-cı ildə “Avrasiya Press” nəşriyyatında təkrar işıq üzü görmüşdür. Redaktor bu əsərdəki anoxronizmləri qeyd edərkən, haqlı bir sualla çıxış edir: “VII yüzilliyin abidəsi Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəri üç hissədən ibarətdir,.. ikinci və üçüncü hissələr X əsrdə yazılmışdır. Əlbəttə, VII əsrdə yaşayıb yaratmış müəllif X əsərə qədər, üç yüz il yaşaya bilməzdi” (Bax, Göst. əsər., səh.:-5). Orijinalı itmiş, bizə ermənicə çevirməsi gəlib çatmış bu kitabın əsli olubsa, heç şübhəsiz, şirvanlı Musanın yazdığı bu əsər qədim pəhləvicə olmalı idi. Çünki o dövrün ellinizm xarakteri müxtəlif xalqların mədəniyyətinin sintezi olaraq, özündə qədim yunan və İran ünsürlərini daha çox birləşdirmişdir. Deməli, hər iki “qədim ermənicə mənbə”nin qondarma bir şey olmasını sübuta ehtiyacı yoxdur. Amma Şirvanın (psebdo-tarixdə: Albaniyanın- N.A.) “Armeniyaya ” birləşdirilməsinə gəldikdə isə belə bir şey də tarixdə, ümumiyyətlə, heç vaxt olmamışdır. Çünki sözü gedən əsrlərdə Tarixin səhnəsində iki imperiya söz sahibi olmuşdur: İran Sasaniləri (ATƏŞPƏRƏST bayrağı altında) və Roma (əvvəlcə bütpərəst, 313-cü ildən sonra isə XRİSTİAN bayrağı altında). Armeniya nə mənə idi ki, işğal siyasəti həyata keçirib, hələ bir “Albaniyanı” özünə ilhaq da edə idi??.
Fəridə xanım Məmmədova “Qafqaz Albaniyası və albanlar” kitabında yazır: “Хотя официальное принятие христианства (в 314 г.) в Албании связано с греческим влянием (деятельность Григория Просветителя в Армении, Нирщ- в Грузии, епископа из Рима, прибывшего в Албанию), тем не менее влияние грекофильской школы сказалось значительно позднее.» (Göst. Kitab. Səh.: 12-13). Şirvan xalqı bütün varlığı ərzində çeşidli işğalçı qüvvələrlə qarşılaşmış və bir çox hallarda uzun illik əsarət zülmü görmüşdür. Bunlar yalnız köçəri-bədəvi qarətçilər olmamışlar. Zamanın ən nəhəng quladarlıq imperiyaları da onun İstiqlaliyyətinə dəfələrlə qəsd etmişlər.
Roma imperiyasının latın sözü olan “Albaniya”, yəni “köləliyi qəbul etməyən xalqlar” anlayışının qədim ŞİRVANLILAR üçün işlədilməsi anlaşılandır. Amma bu ərazilərin Armeniya tərəfindən işğal edilməsi “faktı” isə gülünc söhbətlərdir. Qəti demək mümkündür ki, Musa Qalaqayıtlının “Şirvan tarixi” (saxta variantda: “Albaniya tarixi” və ya “Aquan tarixi”) əsəri erməni şovinistləri tərəfindən son iki yüz ilin ərzində qədim pəhləvicədən müasir ermənicəyə çevrilib saxtalaşdırılmış bir “mənbədir”. K. Patkonova görə, “Albaniya tarixi”nin ən qədim əlyazması 1279-cu ilə aiddir. Bu o tarixdir ki, 10 il ondan əvvəl 1269-cu ildə monqolların Talass Qurultayı bütün monqol şahzadə və köçəri əyanlarının şəhərlərdə deyil, çöllərdə yaşamalarına Fərman vermişdi.
VII əsr “ alban tarixçisi” Moiseyin 1279-cu il tarixli bu “ilk əlyazması”nın qədim ermənicsini ermənilərin özü “Albaniya tarixi” deyil, “Aluank ölkəsinin tarixi” adlandırıblar?! Bu ziddiyyətli kitab Şirvanşünaslıq elminin yerinə gətirilmiş ilk Albanşünaslıq təlimidir?.. Azərbaycan albanşünaslığının ən tanınmış nümayəndəsi F.Məmmədova rusca nəşr etdirdiyi «Кавказская Албания и албаны» (Баку-2005) kitabında erməniləri xarakterizə edərək yazır: “Армяне, потеряв свои государства (свои государства??-N.A.) приступили к созданию истории армянского народа,.. расширяя его территории, возвеличивая ее правителей, пытались представить Армению третей державой после Рима-Византии и Персии.” (Göst. Kitab, səh.: 199). Göründüyü kimi, İslam dünyası üzərinə Roma katoliklərinin xüsusi planı ilə yürüş edən Monqol-tatar işğalçı qüvvələrinin ilk ağalıq illərində ermənilər də əsarətə alınmış müsəlman xalqlarına qarşı sözü gedən bu siyasəti ideoloji müstəvidə fəal şəkildə qorxusuz-hürküsüz həyata keçirmişlər. Əlbəttə, Monqol istilası dövrünün bu mürəkkəb tarixi şəraitindən sui-istifadə edərək, erməni “tarixçiləri” Şirvanşahlar dövləti ərazisində VII-XIII əsrlərə gedib çıxan saxta “alban xalqı və Albaniya dövləti” yaratmaq cəhdlərində olmuşlar. Bu elə indi də davam etdirilən bir siyasətdir. Amma bu siyasətin bizim alimlərimiz tərəfindən indiyəcən müdafiə olunmasına nə demək olar?!
Əgər “alban xalqı” olmuşdursa, hanı onun öz dilindəki “Albaniya tarixi”?.. Doğrudan da müasir xristian dinli udinlər tarixi “alban xalqı”nın yadigarıdırsa, onda “alban dilli mətnlər” nə üçün ciddi-cəhdlə Ermənistanın Matenadaranından kənara çıxarılmır??? Onu da deyək ki, udin xalqı, onun milli dilində bu gün nə qədər erməni kilsə terminologiyası işlədilsə də, ləzgidilli Qafqaz xalqlarından biridir. F.Məmmədova yazır: “Исследование… освещает историю албанского этноса, просуществовавшего длительный период с I в. до н.э. по VIII в. в превелах всей страны Албании (от Аракса на юге до Дербенда на севере) и далее с VIII в. по XIX в. в Арцахе, Ути и Шеки-Камбисене, Сюнике.” (Фарида Мамедова. Кавказская Албания и Албаны. Баку-2005. səh..:- 379).
1937-ci ildə gürcü prof. İlya Abuladze XV əsrə aid erməni əlyazmaları içərisində guya “alban əlifbası”nı tapıb üzə çıxarmışdı. 52 hərflik bu yazı “Aluanic girne” (-yəni aqvan yazısı) adlandırıldı. Matenadaranda saxlanan bu “iki əlyazması”na aşağıdakı ümumi başlıq verildi: “Об истории святого и божественного елея, которую написали отцы Востока агванским письмом и перевели на армянский язык”. Deyək ki, çox əcəb, bəs cənab İlya Abuladze hanı bu “alban əlyazmaları”nın orijinalları?? Bir halda ki, “Известия” qəzetinin 28 sentyabr 1937-ci il sayında erməni alimi Qraçya Açaryan onun barəsində təntənəli şəkildə bütün keç. SSRİ əhalisinə xəbər yaymışdı?.. Deməli, “erməni dilinə tərcümə edilmişdir”, bəs hansı dildən?- Bu əlifba Alban dillli əlyazmadırsa, onun əslini kimdən gizlətmişlər? Və nə üçün?.. Yaxud bu xalq elə “erməni xalqı” olmuşdursa, onda Moisey Kalankatuklu (ermənilər onu “Movses Kalankatuatsi Dasxurantsi” adlandırırlar) niyə qeyd edir ki, “müqəddəs Ruhun mərhəmətilə üç xalqa, yəni ermənilərə, albanlara və gürcülərə, əlifba düzəldən birinci vardapetlərdən olan şəxs- Mesrop Maştos” (Bax, Moisey Kalankatuklu. Albaniya tarixi. Avrasiya Press., Bakı-2006, səh.:-35) olmuşdur?!. O, nə üçün iki “eynidilli xalqa (alban və ermənilərə) iki müxtəlif “əlifba” düzəldirdi?!. Bu təzadları da bir yana qoyaq! Bəs, hanı bu “alban” xalqının öz vətəni uğrunda ərəblərə və ya monqollara qarşı azadlıq mübarizəsi?! Hanı onun şirvan xalqının cəsur oğlu Şirvanşah II Axsitan kimi vətən şəhidliyi?!..
Deməli, Şirvanşünaslıq elminə qarşı müasir milli “Albanşünaslıq” psevdo-elmi məhz İosif Vissorionoviç Stalin Cuqaşvilinin (çox güman ki, Cuqaşvililər Xəzər imperiyasının süqutundan sonra, Dərbənd qapıları ağzındakı Çoqadan İrana qaçaraq, İsfahan altındakı Nor-Cuqada erməni adı altında gizlənmiş İmam Hüseyni öldürən qatillərin nəslindən olub, sonradan xristian qılığına girmiş Nor-Cuqalı gəbrlərdəndir: “Cuqaşvili” soyadı bunu bəlli edir. Onun atasının farsmənşəli məsihi “osetin” olması da buradan qaynaqlanmışdır. Cuqalılar barədə Minorskinin tarix kitabında X əsr ərəb tarixçisindən götürülmüş 50 səhifəlik son əlavəyə bax:.-Red.) əmri ilə belə psevdotarixlər üzərində yaradılmışdır. “Albaniya tarixi” adlı bu kitabın “ilk əlyazmasının tarixi”ndən, yəni 1279-cu ildən 100 il əvvəl bütün dövrlərin ən dahi Şirvanlısı şair İbrahim Əli oğlu Xaqani Şirvani (1120-1199) yazırdı:
Şirvan ki var: hər cəhətdən ülviyyətin anasıdır,
Onun hər bir səhər yeli dərdlərimin dəvasıdır.
Yenə də Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” əsərindən bir parçaya diqqət yetirək: “IX əsrdə ibn Xordadbeh xəbər verir ki, ilk Sasani şahı I Ərdəşir ”(224-240) Şərqi Zaqafqaziyanın bir sıra hakimlərinə şah titulu bağışlayırdı: Azərbazkan şah, Baraşkan şah (ehtimal ki, Balasakan şah-S.A.), Allan şah (Muğan), Ərmin şah, Filan şah və s. İbn Xordadbeh onların arasında “Şiryanşahın da adını çəkir.”(səh.:-47). Maraqlıdır, Alban Mehrani hökmdarlarının adları qədim pəhləvicə olduğu halda, Ərəb fütuhatı dövrünün “alban rəhbəri” Cavan Şir adlanırdı. Sara xanım “Albaniya tarixi”ndən misal çəkərkən müəllifin (M.Kalankatuklunun- N.A.) Alban-Mehranilərinin həm Kəsra Nuşirəvanın, həm də Bəhram Çubinin Albaniyaya köçmüş nəsil nümayəndələri olaraq göstərildiyini qeyd edir. Onların adlarının ilk hissəsi:-Varaz Qriqor, Varaz Peroj, Varaz Tridad, Varazman və s.-in pəhləvi dilində “qaban” demək olduğu bildilir. (səh.: 49). Hesab etsək ki, “Şir” sözü də (bizim Namiq adımız kimi) qədim pəhləvi sözüdür, onda Şirvanşahlar dövlətçiliyinin massaget-qıpçaq əsaslar üzərində Qədim İran və Yunan-Roma ellinizminin sinkretik ümumcahan sivilizasiyası olduğu aşıq-aşkar ortaya şıxır.
Deməli, “albanşünaslığa” “tarixi əsaslar yaratmaq üçün” F.Məmmədovanın rusca nəşr etdirdiyi «Kaвказская Албания и албаны» (Баку-2005) kitabında hər hansi “erməni faktoru”nun bu cür şişirdilməsi: “Армяне, потеряв свои государства (свои государства??-N.A.) приступили к созданию истории армянского народа,.. расширяя его территории, возвеличивая ее правителей, пытались представить Армению третей державой после Рима-Византии и Персии.” (Göst. Kitab, səh.: 199), əlbəttə, yalnız “расширять” edilmiş Şirvan Dövlətinin hesabına irəli sürülmüş bir gopdur; həm də müasir Azərbaycan və Ermənistan “tarixçilərinin” hesabına?!. Əlbəttə, işğal illərində Şirvanşahlardan nə isə itirilmişsə, Şirvan xalqından və onun 4500 illik tarixi dövlətindən qeyb olmuşdur, hər hansı absurd “erməni böyük dövlətindən” yox... Bundan əlavə: qədim pəhləvicə Vəxranşah (Qabanlar şahı), Şirvanşah (Şirlər şahı), Filan şah (Fillər şahı), Alanşah (Qarğalar şahı) və s. titullar arasında Şirvan şahlarının identifikasiyası özlüyündə Şirvanşünaslığı Albanşünaslıqla əvəzləyənlərə ən tutarlı cavabdır.
Məhz V.F.Minorskinin “История Ширвана и Дарбанда” əsəri uzun illər ərzində “Azərbaycanlı” alimlərin geniş istifadə etdiyi tutarlı bir “mənbə” kimi Şirvanşünaslığı aradan qaldırıb, “milli Albanistika” yaradılmasının əsası olmuşdur. Məhz bu kitabın ideyaları əsasında tarix elmləri doktoru Fəridə Cəfər qızı Məmmədova da bizim üçün sözü gedən “Кавказская Албания и албаны” monumental əsərini (Qafqaz Albaniyası Tədqiqatlar Mərkəzi, Bakı-2005) yazıb nəşr etdirmişdir.. Albaniya üçün 1000 illik tarix düzəldən tarixçi xanım yazır: “Я имею в виду не только культурное наследие 1000-летнего Албанского государства, а также культурное наследие поздных албан, пяти албанских меликств и остальных албан” (F.Məmmədova, Göst. əsər, səh.-3).
Belə məlum olur ki, hətta, XVIII əsrin Qarabağ xanlığının beş xristian məlikliyi də XVI əsrdə Kakuyilərin revanşı olaraq hakimiyyətə gətirilmiş Səfəvilər tərəfindən dağıdılmış Şirvan dövlətinin bir məsihi-provaslav rundamenti deyil, uzun ömürlü qondarma “Albaniya dövləti”nin tarixi davamı imiş...
Şirvanşünaslığın sıradan çıxarılaraq, “albanşünaslıq”la əvəz edilməsi sahəsində çalışmış alimlərin uzun siyahısını çıxarmağı lazımsız bilirəm. Amma memarlıq doktoru, porofessor Gülçöhrə Məmmədova və fəlsəfə doktoru Səbinə Hacıyevanın iki cildlik “Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı” (Şərq-Qərb nəşriyyat evi, Bakı-2013) kitabında təqdim edilmiş III Fəsilin adı: “Qafqaz Albaniyasının memarlığı” , xüsusilə Gülçöhrə xanımın şəxsən yazdığı VIII-XIV əsrlər arası dövr memarlığı, Monastır kompleksləri, “Alban memarlığı abidələrinin memarlıq konstruksiyaları və dekorativ həlli” ilə Şirvan xristian abidələrinə sahibliyi hansı əsasla uydurma etnosun adına çıxardığının fərqində olduğunu düşünmürəm.
Şirvan adını elmi tarixşünaslıqdan vurub çıxarmış “Albaniya” termini haqqında daha bir elmi əsərə müraciət etmək istəyirəm: bu M.S.Mitinin “Белая Русь. Хроника употробления термина” (Рига-2017, Институт белорусской истории и культуры.) kitabıdır. Bu kitab “alban terminologiyası üzrə” görkəmli tədqiqatçı Ales Belıy və Oleq Latışenkonun hazırladığı faktlar üzərində yazılmışdır. Ales Belıyın faktlarından nümunələr verən müəllif həmin kitabın 7-ci səhifəsində aşağıdakı statları gətirir:
«с.40. Самоназвание народа, который римляне называли «Албания», не известно, а этимологию их латинского псевдонима сейчас почти невозможно восстоновить».
«с.43.Термин Alba Ruscia, как нам кажется, в контексте этого контексте может означать «часть Руси, которая когда-то была Албанией», т.е. страной «албанов…» «с.48. Но даже усли Белая Русь- своеобразный «клон» Албании, она не вытеснила прототип польностью» .
«с.53. Превращение Албании в Белую Русь, произошло не только на севере Восточной Европы,.. но и в Северноь Причерноморье и Приазовье» .
Deməli, “Albaniya” termini “ağ” və “azad” mənalarını bildirən latın sözü olub, Roma imperiyası dövründən bəri əsarət qəbul etməyən, qula çevrilməyən xalqların və ölkələrin ümumi adı sayılmışdır. Elə buna görə də “Balkan Albaniyası” və “Qafqaz Albaniyası” kimi qeyri-tarixi anlayışlar yaradılıb, ortaya atılmışdır. Buradan da indiyəcən nə üçün Şirvandakı xristian kilsə xadimlərinin yazdığı kitablarda məhz “Albaniya ölkəsi və xalqı” adlarının sabit yer alması məlum olur.
Şirvan şahlığının Roma işğalları dövründə meydana çıxarılmış “Albi” latın sözü ilə XIX əsr Alman katolik kilsə kafedralarının Şirvanşahların vətən anlayışını əvəz etmək cəhdi hələ də davam edir... Buna geniş rəvac verən amillərdən biri də ölkəmizdə dağıdılmadan qorunub saxlanılmış xristian kilsələrinin mövcudluğudur. Lakin bu faktın çox səmimi izahı vardır: onlar şirvan xalqının özünə məxsusdur. Çünki uzun illik işğalların üzündən şirvan xalqı və onun ölkəsi gah xristianlığı, gah da atəşpərəstliyi qəbul edərək, fiziki yaşam uğrunda mübarizə aparmışdır. Bunu atəşpərəstlik məbədləri üzərində tikilmiş xristian kilsə və monastırları əyani şəkildə sübut edir. Şirvan xalqının İslamın qəbulundan sonrakı dövrlərdə öz ərazisindəki xristian məbədlərini nə üçün dağıdıb məhv etməməsi də məhz bu kilsələrin onun özünə məxsus olmasının daha bir bariz ifadəsidir.
Amerikanın yerli hindularının öz ölkələrini necə çağırması ilə anqlosaksların qoyduğu ad arasında nə qədər fərqin ola biləcəyini təxmini zənn edin... Hər bir xalqın öz tarixinə öz milli baxışı vardır. İstər Sasani hökmdarı II Yəzdəgird (438-455), istər I Xosrov Ənuşirəvan (531-579) dövrü olsun, istər Makedoniyalı İsgəndərin eramızdan əvvəl IV əsri, istərsə də daha qabaqkı əsrlərdə Dərbənd divarlarının və qalalarının mühafizə ixtiyarı yalnız Şirvanşah titulunun daşıyıcılarına həvalə edilmişdir. “Kaspi qapıları” (alban deyil) adı ilə bu tikililər ilk dəfə Qeqatey Miletlinin (eramızdan əvvəl VI əsr) yazılarında xatırlanmışdır. M.ö. IV əsrdə Xares Mitelenli Dərbənd divarlarından e.ə. VIII-VII əsrlərin hadisələri ilə bağlı söz salmışdır. Bu qala və divarlar daha çox Şimaldan gələn dağıdıcı yürüşlərin qarşısını almaq məqsədinə xidmət etmişdir. Bütün tarix yekdilliklə təsdiq edir ki, Dərbəndin mühafizəsi Şirvanşahlıq titulu ilə əlaqədardır. Və Şirvanşahlar dövləti özünün həm tarixi, həm də mifoloji keçmişi etibarı ilə qüzey sərhədimiz olmuş Dərbəndlə bağlıdır. Zatən, sonuncu Şirvanşahlar nəsli də Şirvanşah I İbrahimdən başlayaraq, tarixə məhz “Dərbəndilər” sülaləsi kimi düşmüşdür! Əgər Əhməni və Sasani dövlətləri zamanında Dərbənd sədlərini (keçidlərini) qorumuş knyazlar “ilkin Şirvanşahlar” titulunun sahibləri olubsa, onda Vətənimizin Arazdan quzeydəki tarixi dövlət qurumlarını YUNAN-ROMA tarixçilərinin və ya erməni keşişlərin “əsərləri” əsasında “Alban” və ya “Ağvan ” dövlətləri adlandırmaq nə dərəcədə doğrudur?!.
Rus tarixçisi Vl. Minorski bu diyarın yadelli ərəb, deyləmi və kürd işğalları üzündən cəmi iki əsr Dərbənddə- Haşimilər, Şirvanda Yəzidilər, Gəncədə- Şəddadilərin hökmünə tabe edildiyini yazır. Lakin bununla belə, o, Şirvanda hakimiyyət sürən Məzyədilərin mənşəcə ərəblərin Şeybani tayfasından olduqları halda, 861-ci ildə bu ölkənin müstəqilliyini elan edərkən nədən onu yenidən “Şirvan” adlandırmasının səbəbini çox doğru olaraq belə izah edirdi: “Во всяком случае престиж династии правителей Ширвана стоял горазде выше, чем репутация курдских пришельцев в Арранe или даже Хашимидов ал-Баба…” (История Ширвана и Дербенда X-XI вв. Изд.-во Восточной литературы. Москва-1963, стр.-155). İlk Ərəb işğalı dövründə Şirvanın Girdiman vilayətinin son hökmdarının “Cavan ŞİR” adlanmasını da bu üzdən təsadüfi hesab etmək olmaz.
(ardı növbəti sayda)

AtaTv.az Xəbər Portalı
İctimai Xəbər Agentliyi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 326}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı