ixatv.az

QÜRUR SİZƏ YARAŞIR

8-02-2021, 18:47

QÜRUR SİZƏ YARAŞIR
Bir igidin sorağı ilə Astara rayonunun Miki kəndinə yollandıq.
Doğurdan da Azərbaycanımızın hər bir qarışı öz gözəlliyi ilə yeni bir nağılı xatırladır.
İlk dəfə gəldiyimiz bu məkan da füsünkar təbiəti, dağları - dərələri, meşələri, bulaqları, kəmərvari dolayı yolları, səmimi və zəhmətkeş insanları ilə bizi valeh etdi.
Mikiyə 44 günlük ikinci Vətən müharibəsində iştirak edən, Namiq qardaşımızın sorağı ilə gəlmişdik.
Bəli, Alıyev Namiq Yaqnali oğlu.
Namiq Alıyev Astara rayonu, Miki kənd tam orta məktəbində Dərs hissə müdiri işləyir.
O, 1991 - 1995 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi hazırlıq fakultəsini bitirib.
Müharibə başlayanda o da ehtiyatda olan hərbi leytenant kimi Vətənin müdafiəsinə yollandı. Bir çox döyüş bölgələrində ölümlə üz - üzə gəlsə də öz igid əsgərləri ilə düşmənə sarsıdıcı zərbələr vurdular. Sözün həqiqi mənasında şərəfsiz düşməni Ali Baş Komandan demiş, torpaqlarımızdan iti qovan kimi qovdular.
Cəbhəyə leytenant kimi gedən Namiq müəllim döyüşdə göstərdiyi igidliklərinə görə baş leytenant rütbəsinə yüksəldi. Bir çox medallarla da təltif olundu.
Əsgərlərindən şəhid olanları da oldu. ( ruhlarına salam olsun )
Hazırda baş leytenant Namiq müəllim işlədiyi doğma məktəbdə əmək fəaliyyətini davam etdirir və kənddin yeniyetmələrində vətənpərvərlik hisslərini aşılayır.
Hamı ona hörmətlə yanaşır.
Yaxşı olar ki, baş leytenant Namiq Alıyevin özünü dinləyək. Onunla olan müsahibəmizi sizlərə təqdim edirik.

ABİL İSLAM
“İctimai Xəbər Agentliyi”nin direktor müavuni
Şair - Jurnalist,
Prezident Təqaüdçüsü.


QÜRUR SİZƏ YARAŞIR
QÜRUR SİZƏ YARAŞIR
QÜRUR SİZƏ YARAŞIR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 340}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı