ixatv.az

Bu gün qocaman tibb işçisi, Telman Məmmədovun ad günüdür

11-02-2021, 12:45

Bu gün qocaman tibb işçisi, Telman Məmmədovun ad günüdür















Telman Məmmədov haqqında danışmaq həm asandır, həm də məsuliyyətlidir. Asandır ona görə ki, Telman Məmmədov (dostlar arasında biz ona Telman həkim deyirik), çox sadə dilli, insanlara qarşı xoşgörülü, tez bir zamanda öz müsbət aurasına hər bir kəsi daxil edə bilən, gülərüz səmimi və hər şeydən əvvəl şəfqətli bir insandır. Məsuliyyətlidir ona görə ki, Telman həkim çox işinə ciddi yanaşan, nizam-intizamlı, zamanını boşa xərcləməyən, ciddi mütailəçidir. O, 40 ildən artıqdır ki, Xəzər Dəniz Gəmiçiliyinin tibb müəssisəsində əmək fəaliyyəti göstərmişdir. İşlədiyi müəssisənin rəhbərliyi tərəfindən çox saylı mükafatlar almış,ictimai işlərdə çalışmış , işlədiyi müəsisədə həmkarlar təşkilatının sədri olmuş , nümunəvi işçi kimi həmişə fərqlənmişdir. O, artıq əmək veteranıdır. Bu gün onun həmçinin çox saylı yetirmələri vardır. Bu baxımdan Telman həkimin keçdiyi həyat yolu və nümunəvi ailəsi gənc nəsillərimiz üçün təqdir mərkəzidir. Telman həkim 3 övlad atasıdır və istər Azərbaycan, istərsədə Azərbaycandan xaricdə onun övladları vətənpərvər insanlar kimi xalqının və milli davamızın yorulmaz təbliğatçılarıdırlar. Sağol Telman həkim, tərbiyyə etdiyin övladlara görə, keçdiyin şərəfli həyat yoluna görə. Biz dostların olaraq səni sevirik və qürur duyuruq. Ad günün mübarek, üzün ömür və ailə səadəti arzulayırıq, nə yaxşı ki, varsız gözəl İnsan !

"AtaTV.az" xəbər portalı


Bu gün qocaman tibb işçisi, Telman Məmmədovun ad günüdür
Bu gün qocaman tibb işçisi, Telman Məmmədovun ad günüdür
Bu gün qocaman tibb işçisi, Telman Məmmədovun ad günüdür


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı