ixatv.az

Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl

14-02-2021, 14:19

Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı.
Gələn turistlərin tələblərini qarşılamaq, qlobal səviyyədə yaşanan Covid-19 pandemiyasının yaratdığı vəziyyəti ən üstün sağlamlıq qaydaları ilə ən təhlükəsiz hala gətirməklə bərabər sağlam bir mühit təmin etmək və bu prosesi ən doğru şəkildə idarə etmək, bir çox ölkələr kimi, xüsusilə hazırki vəziyyətdə, Türkiyənin də ən üstün prioriteti olmuşdur.
AzadMedia.az xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə “Safe Tourism” - Təhlükəsiz Turizm - proqramı çərçivəsində bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.
AzadMedia.az-ın verdiyi məlumata görə, proqrama əsasən, azərbaycanlı jurnalistlər ilk olaraq, Türkiyənin ən böyük şəhəri olan İstanbulda olub.
Əvvəlcə, jurnalistlərə səfərlə bağlı ətraflı məlumat verilib. Ardınca, səfər əsnasında, azərbaycanlı jurnalistlərlə Safe Tourism proqramı və onun əsas mahiyyəti ilə bağlı TGA-nın geniş təqdimatı olan toplantı keçirilib.
Toplantı əsnasında, Covid-19 epidemiyasına qarşı Türkiyədə görülən qabaqlayıcı tədbirlər jurnalistlərin maraqlı sualları ilə geniş şəkildə müzakirə edilib.
Belə ki, Azərbaycanlı jurnalistlər, bu ölkədə beynəlxalq standartlara uyğun tədbirlər görüldüyünü, əlbəttə ki, müəyyən ölkələrdə beynəlxalq uçuşlar başladıqdan sonra təhlükəsiz şəkildə Türkiyəyə səfər edə bilərikmi? - Sual işarələrinin olduğu bu məqamda, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi təhlükəsiz turizmi izah etmək məqsədilə “SafeTourism” - “Təhlükəsiz Turizm” şüarı ilə bu tərz təqdimat fəaliyyətlərinin olduqca yerində və çox uyğun bir layihə olduğunu vurğulayıb.
Jurnalistlər sosial məsafənin qorunması, maskadan istifadə, dezinfeksiyaedicilər ilə mütəmadi olaraq əllərin yuyulması, THY-da havalandırma sistemində səliqə-sahman, gigiyena standartlarındakı qanunauyğunluğun tətbiqini, bütün təmas nöqtələrində lazımlı addımların atıldığını və Türkiyənin uçmaq üçün ən etibarlı ölkə olduğunu vurğulayaraq, ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə səfərlərinin elə ilk günündən etibarən, ölkədə gördükləri bir çox addımları müsbət qiymətləndirib.
"Safe Tourism" proqramının axışı üzrə, jurnalistlər Qalata qalası, Qalata Mevlihanesi, İstiqlal küçəsi və Taksim meydanını ziyarət ediblər.
Qeyd edək ki, aşağıdakı həştəqləri də istifadə edərək Türkiyədə Safe Tourism-lə bağlı maraqlı məlumatları əldə edə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, proqram çərçivəsində azərbaycanlı jurnalistlər İstanbul şəhərinin ardından paytaxt Ankaraya və İzmir şəhərlərinə də səfər edəcək.
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl
Azərbaycanlı jurnalistlərin “Safe Tourism” proqramı çərçivəsində Türkiyəyə səfəri başladı - Foto - Özəl


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 105}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı