ixatv.az

Bakıda yol polisindən qaçan "BMW" sürücüsü təhlükə saçdı - VİDEO

15-02-2021, 20:45

Bakıda yol polisindən qaçan "BMW" sürücüsü təhlükə saçdı - VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücü yol polisinin saxla əmrinə tabe olmayıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilir ki, Nizami rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Vüsal Rzaqulu oğlu idarə etdiyi 10 OL 004 dövlət nömrə nişanlı, "BMW " markalı avtomobil ilə qaydaları pozur. YPX əməkdaşlarının "saxla" işarəsinə tabe olmayan sürücü qəza işıqlarını yandıraraq yüksək sürətlə hərəkət edir. Yoı boyu müxtəlif ziqzaqvari hərəkətlər edən sürücü ətrafdakı nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev və şöbənin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sürücü saxlanılıb.
Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub.
Nəsimi rayon məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilib. Himayəsində azyaşlı övladlarının olması nəzərə alınaraq barəsində 750 manat məbləğində cərimə və 1 il sürücülük hüququndan məhrumetmə cəzası tətbiq olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı