ixatv.az

Xəzər Səfərli “Astana Grand Festivalı”nda 1-ci yerin qalibi oldu

4-03-2021, 21:54

Xəzər Səfərli “Astana Grand Festivalı”nda 1-ci yerin qalibi oldu
Azərbaycan xalqı, dövləti özünəməxsus məşhur simaları ilə dünyada həmişə seçilmişdir. İstər siyasi arenadan, istər idman, istərsə də mədəniyyət sahəsində özünün uğurlarına imza atmışdır. Ölkə başçısı Müzəffər Ali Baş komandan İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı dözümlü, mərd və vətənpərvər xalqdır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan Qarabağ torpaqlarını düşmən tapdağı altından təmizlədi. Bu dünyaya Liderimizin siyasi və hərbi-siyasi cəhətdən nə qədər güclü olduğunu isbat etdi. Azərbaycan vətəndaşları İkinci Qarabağ Vətən Müharibəsində ordumuza öz dəstəyini, Azərbaycan əsgərinə öz sevgisini bacardığı qədər nümayiş etdirdilər. Hər sahədə olduğu kimi kiçikdən böyüyə özünün dövləti üçün azca da olsa dünya səviyyəsində tanınmasına əməyini sərf edir. Buna misal olaraq Şövkət Ələlbərova adına 20 saylı Musiqi Məktəbinin 5-ci sinifində piano üzrə təhsil alan Xəzər Səfərlidir. Xəzər Səfərli bu yaxınlarda keçirilən “Astana Grand Festivalı”nın “Laçın” əsəri üzrə birincisi oldu. Xəzər Səfərliyinin müəllimi Sadıxova Sevinc Azəri qızının onun birinci yerə çıxmasının səbəbkarlarından biridir. Bu münasibətlə Ş.Ələkbərova adına 20 saylı Musiqi Məktəbinin rəhbərliyini, orada çalışan bütün kollektivi və ən əsasıda Sevinc Sadıxovanı təbrik edirik. Arzu edirik ki, Ş.Ələkbərova adına 20 saylı Musiqi Məktəbi həmişə ilklərə imza ataraq dünyada birinci yerlərin sahibi olsun.
Onu da qeyd etmək istəyirəm ki, Xəzər Səfərli Bakı şəhəri 14 saylı məktəbin 6-cı sinif şagirdidir. Xəzər Səfərlinin birinci yerə layiq olması münasibəti ilə təhsil aldığı orta məktəb rəhbərliyi, müəllim və şagird kollektivi də təbrik edir.
Bizdə Redaksiyamız adından Ş.Ələkbərova adına 20 saylı Musiqi Məktəbinin kollektivini, müəllim heyətini, əməyi keçən hər bir şəxsə və Xəzər Səfərlinin yaxınlarını təbrik edirik.
Qoy həmişə uğur, zəfər və qalibiyyət Azərbaycan xalqının olsun.

Fərid Səfərov
AJB-nin üzvü

Xəzər Səfərli “Astana Grand Festivalı”nda 1-ci yerin qalibi oldu
Xəzər Səfərli “Astana Grand Festivalı”nda 1-ci yerin qalibi olduXəzər Səfərli “Astana Grand Festivalı”nda 1-ci yerin qalibi oldu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı