ixatv.az

Ömər Rizmanov: “Mən Xuraman xanım başda olmaqla hər kəsə minnətdaram”

15-03-2021, 15:24

Ömər Rizmanov: “Mən Xuraman xanım başda olmaqla hər kəsə minnətdaram”
Mən Rizmanov Ömər Nizam oğlu olaraq Samux rayonunun “İnstitut” qəsəbəsinin sakiniyəm. Elə ki, 1992-1993-cü illərdə erməni faşistləri doğma torpaqlarımızı ələ keçirmək uğurunda hərbi əməliyyatlara başladılar, o halda mən də Vətənini sevən çoxsaylı gənclərdən biri olaraq könüllü cəbhəyə getdim və quldur ermənilərə qarşı həyata keçirilən qanlı döyüş əməliyyatlarında da iştirak etdim. Həmin illərdə Ağdam və Ağdərə rayonları uğuruda gedən şiddətli döyüş əməliyyatları baş verdi və döyüş əməliyyatların birində baş nahiyəmdən ağır yaralandım. Belə bir səbəbdən də, bu gün sol qolumda və baş nahiyəmdə bir neçə qəlpələri gəzdirirəm. Hazırda bədənimin sol tərəfi işləmir, sağ tərəfi isə getdikcə pisləşir. Qeyd edim ki, 06 mart 2015-ci ildən 1-ci qrup müharibə əliliyəm və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin də üzvüyəm. Son vaxtlar səhhətimdə ciddi problemlər baş qaldırmışdı. Bir sözlə, özüm-özümü heç cür idarə edə bilmirdim.

Qeyd edim ki, belə bir vəziyyətimlə bağlı xəbərdar olan və müəyyən səbəblər üzündən adının çəkilməsini istəmədiyim media əməkdaşlarından biri, məhz mənə köməklik göstərəcəyi yöndə vəd verdi və üz-üzə qaldığım problemlə bağlı aidiyyatı üzrə məktub da ünvanladı. Hər kəsi sağ olsun, çox keçmədi ki, məni təcili tibbi yardımla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası apardılar. Hal-hazırda səhhətimdə əmələ gələn problemlə bağlı bu səhiyyə müəssisəsində müayinə və müalicə olunuram. Xəstəxananın baş həkimi Zamanova Xuraman Balarza qızının xüsusi diqqət və qayğısı sayəsində, səhhətimdəki problemlər müəyyən qədər aradan qaldırılb. Qeyd edim ki, bu səhiyyə ocağında mənə qarşı göstərilən həkim nəvazişi, tibb bacılarının qayğıkeşliyi və s, sanki səhhətimin yaxşılaşmasına yeni bir təkan verir. Bəli, burada hər cür qayğıkeşliyi, hər cür səmimiyyəti görmək mümkündür. Çünki, Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanasında hər xəstəyə, o cümlədən mənə qarşı göstərilən tibbi xidmət yüksək səviyyədədir. Burada təkcə tibbi xidmətin göstəricisi deyil, hətta ərzaq təminatımız, geyim formalarımız və digər təminolunmalarımız lazımınca ödənilir. Belə bir səbəbdən də, Xuraman xanım Zamanova başda olmaqla, bu səhiyyə ocağında çalışan kollektiv üzvlərindən hər birinə öz təşəkkürümü bildirirəm. Çünki, onlar mənim sağlamlığımın bərpası yöndə bütün qayğılarını məndən əsirgəmirlər.

Şahin Orucov
Ömər Rizmanov: “Mən Xuraman xanım başda olmaqla hər kəsə minnətdaram”
Ömər Rizmanov: “Mən Xuraman xanım başda olmaqla hər kəsə minnətdaram”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 86}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı