ixatv.az

BÖYÜK QAYIDIŞ

20-03-2021, 12:18

BÖYÜK QAYIDIŞ
Bahar gəlir...
Bu bahar çox şirin, çox fərqli, çox sevindirici bahar olacaq əzizlərim.
Axı 30 ildir hərarətli arzularla yaşayırdıq və hər " Novruz tonqalı " çatılanda qəmli bir köks ötürürdük və deyirdik ki, kaş gələn il " Novruz tonqalları " Şuşada və bütün girov torpaqlarımızda qalansın.
Ali Baş Komandanın bir əmri ilə vətənpərvər xalqımız bir yumruq kimi birləşdi və 44 -günlük müharibədə mənfur düşmənə diz çökdürdük !
Bu xalqın igidliyini, döyüşkənliyini, birliyini bir daha dünyaya sübut etdik.
Sübut etdik ki, bu xalqın Koroğluları, Nəbiləri, Həcərləri, Nigarları, Cavanşirləri, Həziləri, Mehdiləri, İsrafilləri yenə də var və olacaq.
Biz bir ölüb, min dirilən xalqıq !
Azərbaycan, sənin əsgərlə bir səngərdə qoşa döyüşən və Vətən uğrunda şəhidlik zirvəsinə ucalan generalın, Milli Qəhrənan Polad Həşimovun, Mübariz İbrahimovun, polkovnik Babək Səmidlin, mahnısı bu gün dillər əzbəri olan Xudayarın var.
Vətən torpağını qanı ilə yuyan minlərlə şəhidin var. Ona görə bu torpaq müqəddəsdir.
Murdar düşmən gördü " Dəmir yumruq" un vahiməsini, gücünü, əzəmətini. Xainlər bildilər ki, babalarımızın ruhunu özündə yaşadan bu müqəddəs torpaqlara kən baxan gözsüz qalacaqlar !
İndi həmin torpaqlarda böyük qayıdışa böyük işlər görülür.
Torpaqlar minalardan təmizlənir, tarlalar əkinə hazırlanır, yollar çəkilir və bütün sahədə bərpa işləri davam etdirilir.
Ali Baş Komandan şəxsən özü mütəmadi olaraq azad olunmuş torpaqlara səfərlər edir, görülən işlərlə yaxından tanış olur və öz yeni tapşırıqlarını iş icraçılarına tövsiyə edir.
Yaralı Vətən torpaqlarına doğma nəfəslər dəydikcə, torpağın yaraları sağalır və yenidən canlanır.
İlk olaraq bu ilki Novruz tonqallarımız Mədəniyyət Mərkəzimiz olan Şuşamızda çoxillik həsrətimizi alovun dilimlərində yandıracaqdır.
Eşq olsun müzəffər Azərbaycan Ordusuna, eşq olsun xalqımızın birliyinə, eşq olsun Ali Baş Komandanımız, cınab Prezidentimiz İlham Əliyevə !
Eşq olsun Azərbaycan - Türkiyə - Pakistan dostluğuna !
Dünya durduqca güclən, inkişaf et, yaşa, odlar yurdu Azərbaycanım!

♡♡♡♡♡♡♡♡♡

QAYIDIŞIMIZ

Nə qədər həsrətli köçdü dünyadan,
Torpaq deyə - deyə, yurd deyə - deyə.
Torpaq səs göndərdi uçan durnadan,
Toy - bayram olacaq qayıdışınız.
XXX
Sanmayın o yerlər bağça - bağlıdır,
Düşmən tapdağından qəlbi dağlıdır.
Tələsmə, el oğlu, yollar bağlıdır.
Toy - bayram olacaq qayıdışımız.
XXX
Yenə açılacaq lalə, qızılgül,
Mehə naz edəcək saralmış sünbül.
Gül nazın yenə də çəkəcək bülbül,
Toy - bayram olacaq qayıdışımız.
XXX
Gözləri güləcək saf bulaqların,
Çığırı ağarar dağ - yaylaqların.
Dost payı olacaq bal, qaymaqların,
Toy - bayram olacaq qayıdışımız.
XXX
Təbiət dağlara qar ələyəcək,
Hamı Allahından bəxt diləyəcək.
Bizləri gözləyir xoşbəxt gələcək,
Toy - bayram olacaq qayıdışımız.
XXX
Bir vaxt gəncliyimi qoyub getmişəm,
Otuz illik ömrə çox zülm etmişəm.
İndi arzulara, kama yetmişəm,
Toy - bayram olacaq qayıdışımız.
XXX
Yenə bulaq üstə kəsilər quzu,
Kəklikotu ilə səpilər duzu.
Qaranquş həsrətlə gözləyər yazı,
Toy - bayram olacaq qayıdışımız.
XXX
Yenə göz oxşayar bağların barı,
Əlvan çiçəkləri öpəcək arı.
Abil qonaq gələr, gəzər dağları,
Toy - bayram olacaq qayıdışımız !

ABİL İSLAM
Şair - Jurnalist,
" İCTİMAİ XƏBƏR AGENTLİYİ " nin Direktor müavini,
Prezident Təqaüdçüsü.

BÖYÜK QAYIDIŞ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 88}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı