ixatv.az

Azərbaycanın müstəqillik iradəsi dönməz və əbədidir

28-03-2021, 19:03

Azərbaycanın  müstəqillik  iradəsi  dönməz  və  əbədidir











Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin gün xalqın taleyində və tarixində qızıl hərflərlə yazılan bir günə çevrilir. Bu gün həmin xalqın gələcək taleyində həlledici günə çevrilir. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.
13-17 mart 1995-ci il Azərbaycan xalqına və dövlətçiliyinə qarşı xəyanət günü kimi yaddaşlarda qalmış qara ləkəli bir tarixdir.
Cavadov qardaşları ölkədəki bütün güc strukturlarını və idarəetmə orqanlarını iflic vəziyyətə salıb xaos yaratmaq və hakimiyyəti zorla ələ keçirmək iddiasında idilər. Onları kənardan idarə edən qüvvələr müstəqil Azərbaycanımızı parçalayıb, dövlət müstəqilliyimizi əlimizdən alıb, Azərbaycan adlı bir dövləti məhv etmək idi.
Amma onlara dəstək verən və xalq arasında təbliğat apararaq xalqı qiyama çağırmaları heç bir fayda vermədi. Ona görə ki, Ulu öndər Heydər Əliyev müdrik və çevik siyasəti ilə bu qardaş qırğınının qabağını aldı. 1995-ci ilin mart ayının 17-də Ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısı alındı.
Ulu öndərimiz Heydər Əliyevin atdığı qətiyyətli addım xalqın Ulu öndərə inamını, sevgisini,etibarını daha da artırdı və azərbaycan xalqı onun rəhbərinin nə qədər qətiyyətli və müdrik olması xalqa ümüd verdi. Heydər Əliyev xarici və daxili düşmənlərimiz tərəfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını ustalıqla almaqla Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Azərbaycan artıq qudrətli bir dövlətə çevrilib. Azərbaycanı bu qüdrətli dövlətə çevirən Ulu öndərrimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənav İlham Əliyevin uğuru siyasəti ölkəmizi dünyada iqtisadi –siyasi və hərbi gücə malik olan bir ölkəyə çevrilməsində müstəsna rolu vardır.
Görünür bu seçimdə Azərbaycan xalqı yanılmamışdır. Buna görə də Ulu öndərimiz Heydər Əliyevə sonsuz minnətdarıq.


Masallı şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Fəridə Hüseynova


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı