ixatv.az

BİRLİYİMİZ SARSILMAZDIR

1-04-2021, 19:56

BİRLİYİMİZ SARSILMAZDIR
31 mart 2021-ci il tarixdə çox yüksək səviyyədə YDD İB Bakı Şəhər Təşkilatının ilk iclası keçirildi. İclasda birliyin sədri Nəbi Qafarov, general Etibar Qasımov, Bakı Şəhər Təşkilatının aparat rəhbəri polkovnik Səməd Həsənov, Bakı ŞT- nin sədri Abil İslam, Bakı rayonları üzrə təşkilat sədrləri və müavinlər, AtaTV.az və İxaTV. az saytının təsisçi direktoru Rasafil Bayramov və başqaları iştirak etdilər. İB-nin Sədri N.Qafarov əvvəlcə iclası açıq elan edərək, iştirakçıları salamladı, 1 dəqiqəlik sükutla 31 mart soyqırımı şəhidlərinin əziz xatirəsi yad edildi və bu soyqırım haqda məlumat verdi.
İclasın gündəliyində umumi tanışlıq, təşkilatlanma və Bakı rayonlarının təşkilat sədrlərinin hesabatı məsələləri qoyulmuşdu.
YDD İB-nin qurucularından olan çox hörmətli generalımız Etibar Qasımov iclas üzvlərini salamladı, onlarla tanış oldu, birliyimizə öz xeyir-duasını verdi. Ulu Öndər H.Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu, onun uzaqgörən siyasətinin Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsini, bu birliyin məhz Prezidentə dəstək məqsədilə yaradıldığını çıxışında bir daha nəzərə çatdırdı.
Daha sonra iclasda təşkilatlanma ilə bağlı məsələlər müzakirə olundu, rayon təşkilat sədrlərinin hesabatı dinlənildi.
Təşkilatlanma ilə bağlı ilk məlumatı YDD İB Bakı Şəhər Təşkilatının aparat rəhbəri polkovnik Səməd Həsənov, təşkilatın sədri şair-jurnalist, Prezident təqaüdçüsü Abil İslam məruzə etdi, məruzə ətrafında çıxışlarda Bakı şəhəri üzrə ayrı-ayrı rayon təşkilat sədrlərinin hesabatı dinlənildi və müzakirə olundu.
Yasamal RT sədri Adil Qəmbər, Sabunçu RT sədri Firidun Oruc, Xəzər RT sədri Firuzan Heydərli, Nəsimi RT sədri Xanım müəllimə, Qaradağ RT sədri Rahib Zəmani, Nizami RT sədri Mahir Məmmədov, Nərimanov RT sədri Kənan Adıgözəlov, Suraxanı RT sədri Zaur Atakişiyev təşkilat quruculuğu ilə bağlı hesabatlarını təqdim etdilər.
Ağabalayev Cavad "Bakı kəndlərinin sosial vəziyyəti" layihəsinin həyata keçirilməsində bu birliyin rolundan danışdı. Birliyin sədri ona etimad göstərərək, onu Bakı kəndləri təşkilatına sədr təyin etdi. Ona 32 kənd üzrə birliyin təşkilatını qurmaq tapşırığı verildi.
Eləcə də Bakı Şəhər Təşkilat Sədri Abil İslam tərəfindən Bakı Şəhər Təşkilat sədrinin müavinlərinin təqdimatı oldu. Tahirə Həbibi, Elşən Nicat, Dilbər Çələbi, Rüxsarə Novruzova, Elnarə Əsədullayeva, Vüsalə Nağıyeva və Fazil Ağəmmədov sədrin müavinləri təyin olundu.
"İctimai Xəbər Agentliyinin" AtaTV.az və İxaTV.az saytlarının təsisçi direktoru Rasafil Bayramov da çıxış edərək, daima birliyimizin nailiyyətlərinin işıqlandırılmasında əlindən gələni edəcəyini vurğuladı.
Birlik bir daha əmin oldu ki, Ulu Öndərçilər Prezidentə dəstəkdir, onun ətrafında daha sıx birləşərək dövlətə, onun Müzəffər Ali Baş Komandanına sadiqlik nümayiş etdirirlər. Təşkilatlanmanın qısa müddətdə başa çatdırılması, 37 sektor, 7 şöbə və sədr olmaqla, 45 nəfərlik heyətlə təsdiq olunması YDD İB-nin sədri Nəbi Qafarov tərəfindən tövsiyə olundu.
Birliyimiz sarsılmazdır.
Yaşasın Müstəqil və qalib Azərbaycan!
Yaşasın Müzəffər ordunun qətiyyətli Ali Baş Komandanı Cənab Prezidentimiz İlham Əliyev!
Ulu Öndərçilərə eşq olsun!

Tahirə Həbibi
şairə-publisist,
YDD İB Bakı Şəhər Təşkilatı
sədrinin müavini


BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR
BİRLİYİMİZ SARSILMAZDIR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 39}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı