ixatv.az

İran ərazisində 160 erməni əsgərin olması barədə şayiələrə cavab verib

23-05-2021, 18:18

İran ərazisində 160 erməni əsgərin olması barədə şayiələrə cavab verib

















İran ərazisində 160 erməni hərbi qulluqçusunun olması haqqında gəzən şayiələr əsassız və həqiqətə uyğun deyil.

“Parstoday” portalının məlumatına görə, bunu İran İslam Respublikasının Yerevandakı səfirliyi bəyan edib.
“İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi Ermənistanın bəzi mətbuat orqanlarında 160 erməni əsgərinin İranda olması və İran tərəfinin onların qayıdışı üçün ilkin şərtlər irəli sürməsi barədə yayılan şayiələri yanlış və əsassız hesab edir", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, erməni KİV adəti üzrə növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb. Məlumata görə, ikinci Qarabağa müharibəsi zamanı 160 erməni əsgəri Ermənistan-İran sərhədini keçib. Erməni jurnalistlər iddia ediblər ki, guya İran tərəfi həmin hərbçilərin geri qaytarılması üçün müəyyən şərtlər irəli sürüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 32}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı