ixatv.az

28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi

28-05-2021, 10:56

28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi

















Rayon icra hakimiyyəti başçısı və ictimaiyyət nümayəndələri 28 May-Respublika Günü münasibətilə mövcud karantin qaydalarına uyğun ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzmüş və xatirəsini etiramla yad etmişlər.
Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Çayarxı kənd 20 yerlik körpələr evi-uşaq bağçasının yeni tikilmiş binasının və Yenikənd kəndində aztəminatlı ailə üçün yeni inşa edilmiş fərdi yaşayış evinin açılış tədbiri keçirilmişdir.
Göyçay rayonu Çayarxı kənd uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Bağça 20 yerlik 1 qruplu olmaqla 7 nəfər işçi heyətindən ibarətdir. Bina uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdür. Çayarxı kənd uşaq bağçasının yeni tikilən binası 2020-ci ildə inşa olunmağa başlanılmışdır. Bina 156 kv.m ölçüdə 1 mərtəbəli kürsülü inşa olunmuş, 5 otaq, mətbəx, sanitar qovşaqdan və kombi isitmə sistemindən ibarətdir. Bina müasir arxitekturaya uyğun olaraq inşa olunmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.
Daha sonra rayonun Yenikənd kəndində aztəminatlı ailə üçün yeni inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin açılış tədbiri keçirilmişdir. Kənd sakini Ceyhun Mübariz oğlu Kərimov 7 nəfər ailə üzvü ilə birgə yaşadığı fərdi yaşayış evi 2 otaqdan ibarət olmaqla qarğıdan və torpaq yapışdırıcı materiallardan tavansız inşa edildiyindən qəzalı vəziyyətə düşmüşdür. İnşa olunmuş yeni fərdi yaşayış evi 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.
Ceyhun Kərimov və ailə üzvləri bu günkü sevinci onlara bəxş edən Heydər Əliyev fonduna və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 42}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı