ixatv.az

Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Şəhid Hüseynzadə Həmidağa Bağı oğlu

30-05-2021, 17:12

Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Şəhid Hüseynzadə Həmidağa Bağı oğlu
QƏRHƏMANLIQ SALNAMƏSİ

Şəhid kapitan - Hüseynzadə Həmidağa Bağı oğlu


Hüseynzadə Həmidağa Bağı oğlu 13 avqust 1990-cı il Bakı şəhərində anadan olub.
1997-ci ildə Bakı şəhəri A.Şaiq adına 54 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə həmin məktəbi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib. 25.07.2012-ci il tarixindən 28.06.2013-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin motoatıcı tağım komandiri kursunu bitirmişdir.
2013-cü ildə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə, sonra isə Ağdamın Yusifcanlı kəndində yerləşən hərbi postunda xidmət göstərmişdir.
24 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif olunmuşdur.
2014-cü ildən Azərbaycan Respublikasının XTQ-də qulluq etməyə başlayıb. 2014-cü ilin noyabr ayından N saylı hərbi hissədə Baş kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. 2017-ci ilin may ayından N saylı hərbi hissədə qrup komandirinin müavini, 2019-cu ildən isə qrup komandiri vəzifəsində xidmət etmişdir.
2015-ci ildə Türkiyə cümhuriyyətində komando təməl kurslarına göndərilib və kursu bitirdikdən sonra sertifikatlarla təltif olunmuşdur.
2016-cı ildə aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən medalla təltif olunmuşdur.
2016-cı ilin sentyabr, 2017-ci ilin iyul aylarında Gürcüstan respublikasına təhsilimi davam etdirmək üçün kurslara göndərilmişdir və sertifikatlarla təltif olunmuşdur.
İşlədiyi bu illər ərzində hərbi hissə tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılıb. 2018-ci il 26 iyun tarixində Azərbaycan ordusunun 100 illiyi medalı ilə, 2019-cu il 26 iyul tarixində Müdafiə Nazirliyinin 0138T №-li qərarı ilə “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli medalları ilə təltif olunub.
Nəhayət 2020-ci il 27 sentyabr ayında başlanan Qarabağ Vətən müharibəsində Murovdağ silsiləsi “Canavar qulağı” deyilən postların alınmasında igidlik və sücaət göstərmiş, başqa əmr və tapşırıqları yerinə yetirərkən 28 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ölümündən sonra “Qarabağ ordeni”, “Kəlbəcər uğrunda” medalı, “Vətən uğrunda” igidliyə görə medal ilə təltif olunub.
2018-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən Həmidə adlı qızı dünyaya gəlmişdir.
Allah rəhmət eləsin!




Fərid Səfərov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 43}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı