ixatv.az

KƏŞFİYYAT ZABİTİ, BÖLÜK KOMANDİRİ, KAPİTAN CƏFƏRLİ HƏMİD KƏRİM OĞLU

31-05-2021, 16:45

KƏŞFİYYAT ZABİTİ, BÖLÜK KOMANDİRİ, KAPİTAN CƏFƏRLİ HƏMİD KƏRİM OĞLU


Kapitan Cəfərli Həmid Kərim oğlu 1990-cı il avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə (hal-hazırda Zəkalar liseyi) daxil olub. Həmid 8-ci sinifə qədər əlaçı olub və bu məktəbdə təhsil alıb. Onun arzusu zabit olmaq və xalqına şərəflə xidmət etmək olub. Elə bu arzusu ilə 2004-cü ildə yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.
Həmid 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. Kursant illərində o özünün nizam-intizamı və dərslərə çox məsuliyyətlə yanaşması ilə fərqlənib. Hərb elminin öyrənilməsinə, kəşfiyyatçı ixtisasının incəliklərinə maraq göstərməsi, gələcəkdə peşəkar zabit kimi formalaşmasına nail olub. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirib.
Həmid Cəfərli Ali Hərbi Məktəbi bitirdikdə ona leytenant hərbi rütbəsi verilib. O, Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib.
Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək SQ TTM-də kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunub. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi almışdır. 2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və düşmən əsirlərini gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlmişdir. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandirin müavini vəzifəsinə təyin olunmuşdu O, Qüsursuz xidmtlərinə görə 3-cü dərəcəli və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif olunmuşdur.2019-cu ildə isə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə bölük koimandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlamış və Cəbrayıl istiqamətində düşmənin ön xətt postlarını yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak etmişdir. Döyüş başlayan gündən bir neçə gün ərzində Cəbrayılın yüksəkliklərinini işğaldan azad edilməsi uğrunda vuruşmuş və Nüzgar kəndinə Azərbaycan bayrağını sancmışdır. Yüksək Komandanlıqdan gələn əmr üzrə Füzuli rayonu istiqamətində irəliləməyə başlamışlar. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərini işğaldan azad etmişlər. Döyüş zamanı iki gün şəxsi heyyəti ilə mühasirədə qalmışdır. Həddən artıq sürətli irəlilədikləri üçün onlara altı gün silah-sursat və ərzaq təminatı gələ bilməmişdir. Onlar düşməndən qənimət kimi götürdükləri sursatla və döyüş texnikası ilə cəngavərr kimi vuruşmuşlar. Susuzluqdan hərbi texnikanın şüşəsilən və radiatorlarındakı sudan istifadə etmişlər. Həmidin məlumatı var idi ki, Kəlbəcərdə gedən döyüşlərdə əmisi oğlu Orxan qəhrəmancasına Şəhid olub. O telefonla dasnışanda deyirdi ki, mən Orxanın və bütün Şəhidlərin qisasını on qat, yüz qat alıram. Əmisi Etibarla telefonla danışanda deyirdi ki, əmi narahat olma mən Orxanın qisasını alıram. Həmid döyüş zamanı tabeçiliyində olan şəxsi heyyəti ilə bərabər hərbi səfərbərlik xətti ilə çağırılmış könüllülərlə də yüksək səviyyədə ünsiyyət qurmuşdur. Onları döyüş zamanı məharətlə idəerə edirdi. Döyüş yoldaşları Həmidin cəsur kopmandir kimi idarə etməsindən, qorxmazlığından, şücaətlərindən danışırlar. Həmid şəxsi heyyətini gecələr yuxusuz qalaraq qoruyurdu, onlarda ruh yüksəkliyi yaradırdı, təhlükəli anlarda yanlarında olurdu ki, itki az olsun. Həmid imanlı bir zabit idi. Döyüşlər arası namazlarını qılırdı. Qüsul və dəstamazını vətən torpağı ilə alırdı. Həmid kitab oxumağı çox sevirdi. Yanında bir neçə kitabı var idi. İmkan olanda kitab oxuyardı. Onun İnstiqramda Kitabçı adlı səhifəsi də var idi. 2020-ci ilin oktyabr ayının 2-də Həmid Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunur. Lakin o müharibə qurtarandan sonra təyinat yerinə gedərəm demişdir. Həmid döyüşçü dostlarına deyirdi ki, müharibədən sağ-salamat çıxsam mütləq kitab yazacam. Həmid həmişə özünə Şəhidlik zirvəsi arzulamışdır, namazlarında dualar edirdi ki, Şəhid olum. Həmid 27 sentyabr tarixində dostuna mesajda yazmışdır “Xoş o adamın halıa ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”. 2020-ci ilin Oktyabr ayının 5-də günorta saat 14 radələrində zöhr namazını qılmış və döyüşə başlamışdır.
Kapitan Həmid Cəfərli Kərim oğlu 5 oktyabr 2020-ci il tarixində saat 13.20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Bakı şəhəri 2-ci Fəxri xiyabanda dəfn olunub.
Ailəli idi. Həyat yoldaşı Aynurə, oğlulları Cabbar-5, Hüseyn-4, qızı Zeynəb-1 yaş.
Ölümündən sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

Fərid Səfərov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 53}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı