ixatv.az

YENİ İCTİMAİ BİRLİYİN YARANMASI QƏRARA ALINDI!

2-06-2021, 12:25

YENİ İCTİMAİ BİRLİYİN YARANMASI QƏRARA ALINDI!
















Hörmətli vətandaşlar, aydın olduğu kimi, 44- günlük Vətən müharibəsindəki qələbəmiz müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və eləcədə Müzəffər Ordumuzun səyi nəticəsində əldə edildi.

Bəli, yeni tarix yazıldı. Bu yeni tarixin müəllifi Ali Baş Komandan və məğlub edilməz ordumuz oldu.Əldə edilmiş qələbəni yaşatmaq və dönməz etmək üçün Azərbaycan xalqının əsas vəzifəsi öz Prezidentinə və ordusuna dəstək olmaqdan ibarətdir.

Bu vacib və əvəz edilməz missiyanı həyata keçirmək üçün bu gün xalqımızın bir qrup ziyalıları, alimləri, görkəmli sənət adamları, vicdanlı sadə vətandaşlar bir araya gələrək “ Müzəffər Ali Baş Komandana Dəstək” ictimai birliyinin yaranmasını qərara aldılar.

Bu birlik, bu ictimai təşkilat günün aktual məsələlərindən biridir. Prezidentimiz İlham Əliyev cənabları hər zaman vurğulayır ki, mən hər bir azərbaycan vətandaşının prezidentiyəm. Belə olan halda bizim də üzərimizə düşən məsələlərdən biri öz müzəffər Ali Baş Komandanımıza dəstək olmaq, onunla birlikdə xalqımızın xoş günü uğrunda mübarizə aparmaqdır.

Yığıncaqda vətənpərvər insanlar bu məsələni həyata keçirmək üçün ictimai birliyin nizamnaməsini tərtib edərək, bütün lazimı sənədləri Azırbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etmək üçün hazırladılar.

Əziz qardaş və bacılarıma bu şərəfli işdə uğurlar arzulayıram.

Sale Tale ( Quliyev)
Alim-şair, AYB və AJB-nın üzvü,
Hakimiyyet və Xalq qəzetinin və eləcədə hakimiyyetvexalq.az saytının təsisçi, baş redaktoru,
Prezident təqaütçüsü
” Qızıl Qələm” mükafatı laurantı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 26}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı