ixatv.az

RESPUBLİKA GÜNÜ GÖYÇAYDA İKİ AÇILIŞDA İŞTİRAK ETDİK.

7-06-2021, 20:57

RESPUBLİKA GÜNÜ GÖYÇAYDA İKİ AÇILIŞDA İŞTİRAK ETDİK.28 May Respublika Günü münasibətilə Göyçay rayonunun Çayarxı kəndində şəhid Toğrul Hacıyevin adını daşıyan uşaq bağçasının və Yenikənd kəndində aztəminatlı ailə üçün tikilmiş fərdi yaşayış evinin açılışı oldu.
Respublikamızda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə qayğı göstərilir.
Yeni körpələr evi - uşaq bağçasının istifadəyə verilməsi kənd sakinlərinin sevincinə səbəb oldu.
Bu uşaq tərbiyə ocağının inşasına, eləcə də, mövcud olanların müasir tələblər səviyyəsində yenidən qurulmasında Heydər Əliyev Fondu xüsusi yardım göstərir.
Məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı Fondun həyata keçirdiyi layihələr bu baxımdan xüsusi rol oynayır.
Fondun " Məktəbəqədər təhsil müəssisələrinin inkişaf " proqramı bir daha sübut edir ki uşaqların təlim - tərbiyəsi əsas istiqamətlərdən birini təşkil edir.
Fond tərəfindən həyata keçirilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi baxımından Respublikamızda aparılan siyasətin uğurlu nəticəsidir.
Pandemiya qaydalarına uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq - mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri, ağsaqqallar, dindarlar və gənclər Heydər Əliyev adına parkda Ümummilli Liderimizin abidəsini ziyarət edərək, abidə önünə tər güllər qoydular. Heydər Əliyevin xatirəsi bir daha yad olundu.
Sonra Çayarxı kəndində sözügedən bağçanın təntənəli açılışı oldu.
Bildiririk ki, Göyçay rayonu Çayarxı kənd uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Bağçadakı bir qrup 20 uşağı əhatə edir. İşçilərin sayı 7 nəfərdir.
Bağça uzun müddət təmirsiz istismar olunuduğundan qəzalı vəziyyətə düşmüşdü.
2020-ci ildə inşasına start verilən bina 156 kv.m ölçüdə, bir mərtəbəli və kürsülü inşa olunmuşdur. Bağça 5 otaq, mətbəx və sanitar qovşaqdan, eləcə də kombi isitmə sistemindən ibarətdir.
Tikili müasir arxitekturaya uyğun olaraq inşa edilmiş və lazımi avadanlıqlarla təchiz olunmuşdur.
Bağça açılışından sonra rayonun Yenikənd kəndində aztəminatlı ailə üçün inşa olunmuş fərdi yaşayış evinin qapıları yeni sakinlərinin üzlərinə açılmışdır.
Yenikənd kənd sakini Ceyhun Mübariz oğlu Kərimov 7 nəfər ailə üzvləri ilə birgə yaşadığı fərdi ev kürsüsüz, 2 otaqdan ibarət olmaqla, qarğıdan inşa olunaraq, adi palçıqla suvanmış və tavansızdır. Hazırda ailədə işləyən yoxdur. Ailənin təminatı C. Kərimovun anası Solmaz Kərimovanın aldığı təqaüddür.
Bu evə oxşar tikili su arxı yaxınlığında tikildiyindən qəzalı vəziyyətə düşmüşdür. Ona görə də evə ilan və cürbəcür həşəratlar girirdi.
Ailənin ağır yaşayış səviyyəsini nəzərə alaraq, rayonun Yenikənd kəndində 100 kv.m ölçüdə kürsülü, birmərtəbəli yeni fərdi yaşayış evi inşa edilmişdir.
Yeni ev 3 otaq, mətbəx və sanitar qovşaqlardan ibarətdir.
Ailənin başçısı Ceyhun Kərimov onlara sevinc bəxş edən Heydər Əliyev Fonduna, Dövlət başçısı İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliklərinə ailəsi adından səmimi təşəkkürlərini bildirdi.
Çıxış edənlər ailəyə öz xeyir - dualarını verməklə yanaşı onları təbrik etdilər.
Sonda şirinlik rəmzi olaraq, tort kəsildi.

RASAFİL BAYRAMOV
“İctimai Xəbər Agentliyi” MMC-nin və
“ATA TV.az” xəbər portalının rəhbəri

ABİL İSLAM
“İctimai Xəbər Agentliyi” MMC-nin direktor müavini

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 29}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı