ixatv.az

Cəhənnəmə addımlayan ölkə, gəmini tərk edən komanda və çarəsiz Paşinyan: - Ölkə müharibə astanasında

9-06-2020, 14:33

Cəhənnəmə addımlayan ölkə, gəmini tərk edən komanda və çarəsiz Paşinyan: - Ölkə müharibə astanasındaErmənistanda ağır sosial-iqtisadi duruma pandemiya və hökumətdə yaranan böhran da əlavə olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası ilə mübarizədə aciz qaldıqlarını, vəziyyətin kritik həddə çatdığını etiraf edib. O, “Biz cəhənnəmə addım atmışıq”,-deyə vəziyyətin ağırlığını belə xarakterizə edib.

Bununla yanaşı, Paşinyanın komandası da dağılır. Belə ki, artıq Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və Ermənistanın polis rəisi (Daxili İşlər naziri) Arman Sarkisyan istefa verib. Göründüyü kimi, Ermənistan sosial-iqtisadi çətinliklərdən, pandemiya problemindən qurtulmamış, indi də hökumət böhranı ilə üz-üzə qalıb.

Belə bir durumda Ermənistanı qarşıda nə gözləyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Paşinyan artıq nəzarəti əldən verir:

“Bir tərəfdən pandemiya ilə mübarizədə uğurlar, müsbət tendenisya yoxdur. Bunun əksinə olaraq həm xəstələrin, həm ölənlərin sayı artır. Paşinyan da açıq şəkildə etiraf edir ki, vəziyyət fəlakətli həddədir. Paşinyan deyir ki, Ermənistanda test edilməyən 100 minə yaxın virus daşıyıcısı var. Bu, əhalisi 3 milyondan az olan kiçik bir ölkə üçün çox böyük bir rəqəmdir. Həmin 100 min çox asanlıqla bütün əhalini virusa yoluxdura bilər. Belə bir vəziyyətdə etiraflar ard-arda gəldikcə, müxalifət də Paşinyanın səhvlərindən, zəifliyindən istifadə etməyə çalışır. Son istefalara gəlincə, artıq Paşinyan komandası gəmini tərk edir. Çünki başa düşürlər ki, vəziyyəti stabilləşdirə bilməyəcəklər. Paşinayan açıq etiraf edir ki, bu vəziyyət davam edərsə, Ermənistanda sosial-iqtisadi cəhətdən tamamilə batacaq. Belə bir vəziyyətdə kim Paşinyana şərik olmaq istəyər? Ona görə də komanda getməyə çalışır. Ermənistan ordusunda və hüquq-mühafizə orqanlarında da virusa yoluxmalar artır. Bu istefalardan da görünür ki, müxalifət də yaxın günlərdə bundan öz məqsədləri üçün istifadə edəcək. Müxalifətdən “Paşinyan istefa verməlidir” səsləri daha da gur çıxacaq”.

Elxan Şahinoğlu Ermənistanda vətəndaş qarşıdurmasının qaçılmaz olacağının da anonsunu verib:

“Paşinyanın mövqelərinin zəifliyini görən müxalifət müxtəlif istiqamətlərdən hücuma keçməyə başlayacaq. Burada əsas müxalif qüvvələrdən biri “Qarabağ klanı”dır. Onun xaricində olan qüvvələr var. Sarkisyanın qohumları hərəkətə gəliblər. Hamı bir tərəfdən hücuma keçməyə çalışır. Amma əsas müxalif qüvvə isə “Qarabağ klanı” və onun təsirində olan qüvvələr hakimiyyətə yiyələnməyə çalışacaq. Əgər belə bir tendensiya olarsa, Paşinyanın mövqeləri zəifləsə də, tərəfdarı da az deyil. Onlar da hərəkətə gələrsə, müqavimət güclənəcək. Belə vəziyyətdə isə Ermənistan vətəndaş müharibəsinin astanasına gəlib çıxacaq. Əslində biz də bu hadisələri diqqətlə izləməliyik. Necə ki, onlar 90-cı illərdə bizdəki hakimiyyət boşluğundan, xaosdan istifadə edərək torpaqlarımızın böyük bir hissəsini işğal etdi, bizim üçün də şans yaranır ki, Ermənistandakı mövcud hadisələri diqqətlə izləyərək müqafiq qərar verək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı